Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Yüz On Üçüncü Günü, 16 İyun 2022

Cümə axşamı 16 İyun 2022 - 23:47
https://az.iswnews.com/?p=8862

– Severodonetsk şəhərindəki toqquşmalarda gürcü qüvvələrinin olmasını əks etdirən video.
Bundan əvvəl Ukraynadakı Britaniya, Çili, Gürcüstan, İrlandiya, Portuqaliya və Braziliya qoşunlarının şəkilləri dərc edilmişdi.

Daha çox oxuyun:
Ukrayna – Xarici muzdluların olduğu yer!

Onlayn xəritədə baxın

– Rusiya ordusu Donetsk vilayətinin qərbindəki Pokrovsk şəhərindəki Ukrayna mövqelərinə bir neçə raket zərbəsi endirib.
Son 48 saat ərzində iki dəfə Ukrayna qatar relslərinə, eləcə də Pokrovsk şəhərinin ətrafındakı Herişina kəndindəki mövqelərə hücumlar həyata keçirilib.
Onlayn xəritədə Pokrovsk şəhərinin yeri

– Ukrayna hərbi qüvvələri Balakliya şəhərinin ətrafında Rusiyaya məxsus hərbi Silok-01 zenit sistemini dron idarəsi vasitəsi ilə artilleriya atəşinə tutub.
Silok sistemi dronları avtomatik aşkar etmək və müəyyən edilmiş dronların aşkarlanması və əlaqə sistemini pozmaq üçün nəzərdə tutulub.
Rusiya Ordusunun Silok-01 sisteminin vurlduğu yerin koordinatı:
49.478713, 36.789535
Onlayn xəritədə baxın

– Severodonetsk cəbhəsindən ən son xəbərlər:
Severodonetsk şəhəri ətrafında quru döyüşlər davam edir. Rusiya hərbçiləri və Luqansk Ordusu (LXR) Azot kimya zavoduna və Ukraynanın nəzarətində olan digər ərazilərə gedən daxili yolları da bağlayıb. Azot sənaye zonasından mülki əhalinin çıxarılması üçün Rusiya tərəfindən humanitar dəhliz açılıb, lakin Ukrayna tərəfi onların təxliyyəsini dayandırıb.
Rusiya hava təchizatları Azot zavoduna və Ukrayna hərbçilərinin nəzarətində olan digər ərazilərə vərəqələr ataraq təslim olmağı tələb ediblər. Bəyannamədə silahı yerə qoyub Rusiyaya təslim olanlar üçün təhlükəsiz dəhliz yol xəritəsi göstərilərək təhlükəsizlik təminatları olduğu qeyd olunub.

– Rusiyanın şimalındakı ən böyük qaz yatağında partlayış!
Rusiya xəbər mənbələri Rusiyanın şimalındakı Yamal-Nant Muxtar Vilayətində Oranqoy qaz yatağında partlayış baş verdiyini bildirib. Bu gün səhər saatlarında başlayan yanğın bu gün günortaya qədər davam edib.
Oranqoy qaz yatağı dünyanın ən böyük qaz yataqlarından biridir və ehtiyatlarına görə Şimal/Cənub Pars yatağından sonra ikinci yerdədir. Partlayışın Yamal qaz kəməri ilə Avropaya qaz tədarükünü azaldacağı və qazın qiymətini artıracağı gözlənilir.
Yamal-Nant Muxtar Dairəsi Rusiyanın şimalında, Tümen vilayəti tərəfindən idarə olunan muxtar bölgədir. Bu bölgənin mərkəzi Salxard şəhəridir və təxminən 540.000 nəfər əhalisi və 750.300 kvadrat kilometr ərazisi (Türkiyədən bir qədər kiçik) var.

Lavrov: Avropa Moldovadan ikinci Ukrayna düzəltmək istəyir!

Rusiyanın xarici işlər naziri Sergey Lavrov NTV telekanalına müsahibəsində Qərbin Avropada ikinci müharibəyə başlamaq planlarına toxunaraq bildirib:
“Ukraynanın Krım körpüsünə hücum planı kimi təhdidləri tamamilə məğlub olacaq. Qərbin Ukraynaya gətirdiyi Stingerlər və Javelinlər indi qara bazarda satılır. Ukrayna rəsmiləri Rusiya ilə danışıqlar aparmaq niyyətində olmadıqlarını açıq şəkildə bəyan ediblər.
Ukrayna üzv olmaq üçün müraciət edərsə, Avropa İttifaqı bütün qəbul meyarlarından imtina edəcək. Moldovadan ikinci Ukrayna qurmağa çalışırlar. Avropa ilə münasibətlər Rusiyanın prioritetlərindən çıxıb.
Almaniya və Yaponiyanın BMT Təhlükəsizlik Şurasında olmasının bu qurum üçün heç bir dəyəri yoxdur”.

Qeyd edək ki, Ukrayna müharibəsindən sonra Moldova Avropa İttifaqına üzvlük üçün müraciət edən ölkələrdən biri olub. Bununla bağlı Fransa prezidenti Emmanuel Makron Moldova Respublikasının Prezidenti Maya Sando ilə dünən keçirdiyi görüşdə ölkənin Avropa İttifaqına daxil olmasına xüsusi dəstəyini ifadə edib.

– Bu gün axşam saatlarında Ukrayna ordusu Luqansk vilayətinin Xrostalni şəhərində Rusiya hərbçilərinin mövqelərinə bir və ya bir neçə raketlə (ehtimal ki, Tuçka ilə) zərbələr endirib. Bu raketlərdən biri böyük partlayışa və güclü tüstünün qalxmasına səbəb olub. Bu halları nəzərə alsaq, çox güman ki, bu yer Rusiyanın silah-sursat anbarı olub. Hələlik itkilər barədə məlumat verilmir.

Xrostalninin onlayn xəritədə mövqeyi

Keçmiş günlərdə Ukrayna müharibəsi xəbərləri:

Gün 1Gün 2Gün 3Gün 4Gün 5Gün 6Gün 7Gün 8Gün 9Gün 10Gün 11Gün 12Gün 13Gün 14Gün 15Gün 16Gün 17Gün 18Gün 19Gün 20Gün 21Gün 22Gün 23Gün 24Gün 25Gün 26Gün 27Gün 28Gün 29Gün 30Gün 31Gün 32Gün 33Gün 34Gün 35Gün 36Gün 37Gün 38Gün 39Gün 40Gün 41Gün 42Gün 43Gün 44Gün 45Gün 46Gün 47Gün 48Gün 49Gün 50Gün 51Gün 52Gün 53Gün 54Gün 55Gün 56Gün 57Gün 58Gün 59Gün 60Gün 61Gün 62Gün 63Gün 64Gün 65 və 66Gün 67Gün 68Gün 69Gün 70Gün 71Gün 72Gün 73Gün 74Gün 75Gün 76Gün 77Gün 78Gün 80Gün 81Gün 82Gün 83Gün 84Gün 85Gün 86Gün 87Gün 88Gün 89Gün 90Gün 91Gün 92Gün 93Gün 94Gün 95Gün 96Gün 97Gün 98Gün 99Gün 100Gün 101Gün 102Gün 103Gün 104Gün 105Gün 106Gün 107Gün 108Gün 109Gün 110Gün 111Gün 112

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir