Fələstində baş verən son hadisələr, 16 İyun 2022

Cümə axşamı, 16 İyun 2022 - 20:50
https://az.iswnews.com/?p=8847

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin məlumatına görə, İsrailin xarici işlər naziri Yair Lapid bir daha israillilərə Türkiyəyə səfər etməmək barədə xəbərdarlıq edib və Türkiyədə olan bütün israilliləri mümkün qədər tez bu ölkəni tərk etməyə çağırıb.

– İyunun 15-da İsrail qüvvələri işğal olunmuş Qüdsün Sur qəsəbəsinin Vad əl-Muhmis məhəlləsində Rubayəə ailəsinin evini dağıdıb.
– İbrani dilli Kan kanalı elan etdi: Təl-Əviv və Ər-Riyad arasında görünməmiş təhlükəsizlik əməkdaşlığı ABŞ prezidenti Co Baydenin Səudiyyə Ərəbistanına səfəri zamanı açıqlanacaq.
– Fələstin Milli İdarəsi prezidenti Mahmud Abbas Kiprə səfəri zamanı Nikosiyada prezident Nikos Anastasiadis ilə görüşüb.
– İşğalçı yəhudi sionistlər Əl-Xəlil şəhərindəki İbrahimi məscidinin içərisində təxribat xarakterli toy mərasimi keçiriblər.
– Kristiano Ronaldo İsrail-Portuqaliya oyununda köynəyini bu rejimin komandası kapitanına verməkdən imtina etdi. Ronaldo, “Mən köynəyimi qatilə verməyəcəm” dedi.
– İsrail əsgərlərinin Qəzzanın şimal sularında fələstinli balıqçılara atəş açması nəticəsində 3 nəfər yaralanıb.
– ABŞ-ın işğal olunmuş Fələstindəki səfiri Tomas Naides Baydenin sionist olduğunu və onun gələn ay bölgəyə səfərinin Səudiyyə Ərəbistanı ilə “İsrail” arasında əlaqələrin gücləndirilməsi və regionda təhlükəsizlik ittifaqının genişləndirilməsi məqsədi daşıdığını bildirib.
– İbrani mətbuatları iddia ediblər ki, Mərakeş Xarici İşlər Naziri Nasir Buritanın işğal olunmuş Fələstinə səfəri zamanı öz ölkəsinin səfirliyini açmağı planlaşdırır.
– İsrailin xarici işlər naziri Yair Lapid bir daha israilliləri Türkiyəyə səfər etməmək barədə xəbərdarlıq edib və Türkiyədə olan bütün israilliləri tezliklə bu ölkəni tərk etməyə çağırıb.
– Fələstinli Əsirlərin və Azad Edilənlərin İşləri üzrə Komitə, məhbus Zəkəriyya Zubeydinin, məhbus Xəlil Avavade və məhbus Raid Rayanla həmrəy olaraq çərşənbə günündən (15 iyun) aclıq aksiyasına başladığını açıqlayıb.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.