İŞİD komandiri Suriyanın şimalında Amerikalılar tərəfindən həbs edilib

Cümə axşamı, 16 İyun 2022 - 20:06
https://az.iswnews.com/?p=8839

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin məlumatına görə, ABŞ koalisiyası Suriyanın şimalındakı keçirdiyi heliburn əməliyyat zamanı İŞİD-in Suriyadakı yüksək rütbəli liderini həbs edib.

İyunun 16-da səhər saatlarında ABŞ koalisiya qüvvələri Hələb əyalətinin Cerablus şəhərinin ətrafındakı əl-Humaira bölgəsində heliburn əməliyyatı zamanı Suriyada İŞİD-in yüksək rütbəli komandirini həbs edib.

Bəzi mənbələr ABŞ rəsmilərinə istinadən məlumat verir ki, saxlanılan şəxsin adının “Hani Əhməd əl-Kürdi” və İŞİD-in Raqqadakı valisi olduğunu bildiriblər.

ABŞ koalisiyası əməliyyatdan sonra verdiyi açıqlamada saxlanılan İŞİD liderinin təcrübəli bombardmançı olduğunu və təşkilatın Suriyadakı yüksək komandirlərindən birinə çevrildiyini bildirib. Həmçinin onlar əlavə ediblər ki, bu əməliyyatda mülki şəxslərə ehtimal olunan zərərin qarşısını almaq üçün diqqətlə planlaşdırılıbmış.

Əl-Humaira bölgəsinin onlayn xəritədə yeri

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.