Ayətullah Ərafi Azərbaycan hakimiyyətinə səsləndi – Üzr istəyin!

Cümə axşamı, 16 İyun 2022 - 17:33
https://az.iswnews.com/?p=8820

“Azərbaycan hökumətinin öz səhvlərini düzəldəcəyini gözləyirik”

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin İran İR dini hövzələrinin rəsmi saytı olan hawzahnews.com saytına istinadən verdiyi məlumata görə, İran İR Elmiyyə Hövzələrinin rəisi Ayətullah Əlirza Ərafi bu gün Əz-Zəhra (sa) Universitetinin tədbir salonunda keçirilən “Səmavi İncəsənət” festivalının xitam mərasimində, Azərbaycanda həbs olunmuş ruhani və dindarların başlatdığı aclıq aksiyasına toxunaraq dedi: “Bəzi əziz dostlarımız olan dini liderlər, ruhanilər və tələbələr, o cümlədən cənab Şeyx Tale Bağırzadə Azərbaycan Respublikasında həbsdədirlər. Son günlərdə cənab Şeyx Tale və bəzi əzizlərimiz, orada müqəddəslərə olan təhqirlərə görə ağır aclıq aksiyasına başlayıblar.
Azərbaycan hökumətinin bu hisslərə diqqət yetirməsini istəyirik. Qum və bütün İran İR hövzələri, eyni zamanda İslam ümməti, müqəddəslərə olunan bu hörmətsizliyə görə üzr istənilməsini gözləyir.”

Ayətullah Ərafi əlavə etdi: “Onlar bunu da bilsinlər ki, bu din xadimləri İslam dünyasının müəyyən bir bölgəsindən olsalar da bütün İslam ümmətinə aiddirlər və biz Azərbaycan hakimiyyətinin öz səhvlərini düzəldəcəyini gözləyirik. Eyni zamanda bizim dostlarımız da öz həyatlarını qorumaq üçün həmkarlıq etsinlər. Çünki bu şəxslər Azərbaycanın və İslam ümmətinin sərvəti və gələcəyidirlər.”

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.