İki İran tankeri Suriya sahillərinə çatıb

Cümə axşamı 16 İyun 2022 - 16:47
https://az.iswnews.com/?p=8811

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin məlumatına görə, Suriyaya gedən İran neftini daşıyan iki gəmi Banias limanına çatıb.

İyunun 13-də təxminən iki milyon barel xam neft daşıyan iki İran tankeri Süveyş kanalını keçərək Suriyanın Banias limanına çatıb. Bu tankerlərin yükləri boşaldılandan sonra emal prosesi sürətlə başlayacaq.

ABŞ-ın Suriyaya qarşı sanksiyaları səbəbindən ölkədə yanacaq qıtlığı yaranıb və Tehran Dəməşqə neft satmaqla Suriya böhranının qarşısını alır.
Son 10 gündə Suriyada yanacaq böhranı yenidən artıb və ölkənin nəqliyyat sistemini sıradan çıxarıb. Bu neft daşımalarının Suriyaya getməsi ilə mövcud problemlərin həll olunacağı gözlənilir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir