Həşd-Şəəbi qüvvələrinin dənizdə hərbi təlimi + VİDEO

Çərşənbə 15 İyun 2022 - 22:55
https://az.iswnews.com/?p=8802

“İslam Dünyası Xəbərləri ” informasiya agentliyinin məlumatına görə, Həşd-Şəəbi qüvvələri bu təşkilatın yaranmasının səkkizinci ildönümü münasibətilə öz qüvvələrinin dənizdəki hərbi təliminin videosunu yayımlayıb.

Həşd-Şəəbi qüvvələri yaydıqları videoda qayıqların təliminin qısa anları, dalğıc bölmələrinin hərəkətləri, hipotetik hədəflərə hücumlar və amfibiya əməliyyatları əks olunub. Videoda həmçinin “Duşka” ilə təchiz edilmiş “Həşd-Şəəbi” dəniz qüvvələrinin bir sıra katerləri, 23 mm-lik top və reaktiv yaylım atəşi sistemləri də əks olunub.

Qeyd edək ki, Həşd-Şəəbi Təşkilatı 2014-cü ildə İŞİD terror qruplaşmasının İraqa geniş hücumundan və bu ölkənin bir neçə əyalətinin süqutundan sonra İraqın Ali Dini Lideri Ayətullah Seyid Əli Sistaninin Cihad Kifai fətvası ilə yaradılıb.

İraqda təhlükəsizliyin qorunması və terror ünsürlərinə qarşı mübarizə məqsədilə Həşd-Şəəbi Təşkilatının fəaliyyətinin ardınca 2017-ci ilin yanvar ayında Həşd-Şəəbi Mərkəzi Komandanlığı bu təşkilat üçün müstəqil donanma yaratmaq və təşkil etmək qərarını açıqlayıb.
Bir müddət sonra, 2017-ci ilin martında Həşd-Şəəbi komandirlərindən biri bəyan etdi ki, 60-dan çox adam atıcılıq, suya tullanma və qayıq sürmək üzrə təlim keçərək Bəsrədə dəniz səfərbərlik mərkəzini formalaşdırıb.
Həşd-Şəəbi təşkilatının dəniz qüvvələrinin dəqiq yaranma tarixi və sayı barədə əlavə məlumat yoxdur.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir