Suriyada baş verən son hadisələr, 15 İyun 2022

Çərşənbə 15 İyun 2022 - 21:29
https://az.iswnews.com/?p=8795

“İslam Dünyası Xəbərləri ” informasiya agentliyinin məlumatına görə, Təl Rəəfətin ətrafındakı Mənəğ hərbi hava limanı Türkiyənin dəstəklədiyi terrorçuların artilleriyası tərəfindən hədəfə alınıb.

1- Hələb:
– İyunun 15-də Təl Rəəfətin ətrafındakı Mənəğ hərbi hava limanı Türkiyənin dəstəklədiyi terrorçuların artilleriyası tərəfindən hədəfə alınıb.
– İyunun 15-də Afrinin ətrafındakı Şərava rayonunun Əqibə kəndi Türkiyənin dəstəklədiyi terrorçuların artilleriyası tərəfindən hədəfə alınıb.
– İyunun 15-də Əl-Bab şəhərində minalanmış avtomobilin partlaması nəticəsində bir mülki şəxs həlak olub.

– İyunun 15-də Türkiyənin dəstəklədiyi terrorçular Eyn əl-Ərəb şəhərinin qərb hissəsini artilleriya atəşi ilə hədəfə alıblar.
– İyunun 14-də Eyn əl-Ərəb şəhərində Suriya Demokratik Qüvvələrinin (SDQ) bir üzvü naməlum silahlı şəxslər tərəfindən öldürülüb.
– İyunun 14-də Rusiya hərbi helikopterləri Şahba ərazisi üzərində uçdu.

– İyunun 14-də Afrinin ətrafındakı Şərava bölgəsindəki Beneh kəndi Türkiyənin dəstəklədiyi terrorçular tərəfindən artilleriya atəşinə tutulub.
– İyunun 13-də Mənbic şəhərinin ətrafındakı Huşyariyyə kəndi Türkiyənin dəstəklədiyi terrorçuların artilleriyası tərəfindən hədəfə alınıb.
– İyunun 13-də Suriya ordusu və terrorçular əsirləri dəyişdirdi. Mübadilə Əl-Bab şəhəri yaxınlığında, Əbu əl-Zeynuddin keçidində (Hələbin şimal-şərq ətrafı) baş tutub və beş nəfər dəyişdirilib.

2- İdlib:
İyunun 13-də Suriya artilleriyası Əl-Barə şəhərinin ətrafında terrorçuların mövqelərini atəşə tutub.

3- Dəraa:
İyunun 15-də terrorçuların iki keçmiş üzvü Dəraanın Dəra əl-Bələd məhəlləsində naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.

4- Deyr az-zor:
– İyunun 14-də Suriya Demokratik Qüvvələrinin (SDQ) komandiri Məhəmməd əl-Ramazana naməlum silahlılar tərəfindən sui-qəsd olunub, lakin sağ qalıb.
– İyunun 14-də ABŞ ordusu ABŞ koalisiyasının Ömər neft yatağındakı bazasında hərbi təlim keçirdi.

5- Raqqa:
İyunun 14-də Türkiyənin dəstəklədiyi terrorçular Malik kəndini və Eyn İsa şəhərinin ətrafındakı M4 magistral yolunu artilleriya ilə hədəfə alıblar.

6- Həsəkə:
– İyunun 15-də ABŞ koalisiya qüvvələri Qamışlı şəhəri yollarında olublar.
– İyunun 14-də Rusiya hərbi polisi Dərbasiyyə bölgəsində patrul xidməti edib.

7- Quneytərə:
İyunun 13-də Quneytərədə iki Suriya əsgəri naməlum silahlı şəxslər tərəfindən şəhid edilib.

Keyfiyyətli xəritə

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir