İran İR universitet təşkilatlarının, Azərbaycan hökumətinin anti-İslam davranışları əleyhinə bəyanatı

Çərşənbə 15 İyun 2022 - 20:00
https://az.iswnews.com/?p=8793

“İlham Əliyev, Əbrəhə ordusundan ibrət al!”

“İslam Dünyası Xəbərləri ” informasiya agentliyinin məlumatına görə, dünən 14 iyun tarixində İran İslam Respublikası universitet təşkilatları, Azərbaycan hökumətinin anti-İslam davranışları əleyhinə bəyanat veriblər.

Bəyanatı olduğu kimi təqdim edirik:

Bağışlayan və Mehriban Allahın adı ilə

“Möminlər arasında elələri də vardır ki, Allahla bağladıqları əhdə sadiq qalarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər.”
(“Əhzab” surəsi, ayə 23)

İmam Xamenei:
“Azərbaycan hökumətinin xeyir və məsləhəti, xalqın dini hisslərinə hörmətlə davranmaqdadır. Belə ki, xalq dövlətin dini məsələlərə münasibətindən qətiyyən narahatlıq hissi keçirməməlidir.”
(5 mart 2017-ci il, Azərbaycan Prezidenti İlham Əliyevin İnqilab Rəhbəri İmam Xamenei ilə görüşündən)
Son günlər siyasi səbəblərdən Azərbaycanın hakim rejiminin həbsxanalarında olan Müsəlman Birliyi Hərəkatının sədri Şeyx Tale Bağırzadə və digər bir neçə islamçı məhbusun müstəntiqlər tərəfindən Uca Allahı və İslam müqəddəslərinin dəfələrlə təhqir etdiklərinə görə aclıq aksiyası keçirməsi xəbəri yayılıb. Təəccüblüdür ki, dinə etiqadı olduğunu iddia edən İlham Əliyev hökuməti istintaq və sair bəhanələrlə müsəlmanların ən fundamental və mühüm etiqadlarına, yəni Allah-Taala və məsum imamlara hörmətsizlik edilməsinə yol verir. Baxmayaraq ki, son illərdə Əliyev hakimiyyətinin bir çox hallarda anti-İslam hərəkətlərinin şahidi olmuşuq.
Biz İran İR-ın müsəlman tələbələri ilk addımda Əliyev hökumətinin dərhal üzr istəməsini və regionda qəsbkar sionist rejimin təhlükəsiz sığınacağına çevrilmiş bu hökumətin hər hansı islamafob hərəkətlərinə son qoymasını tələb edirik. İlham Əliyevə isə xəbərdarlıq edirik ki, Əbrəhənin ordusunun taleyindən ibrət alsın, İslam və onun müqəddəslərinə qarşı çıxmağı dayandırsın.
Biz İranlı tələbələr Azərbaycanda mövcud islamçı cərəyanlara dəstəyimizi elan edir, dərhal hacı Tale Bağırzadənin və digər aksiya iştirakçılarının vəziyyətinin araşdırılmasını, şərlənərək və İslam dininə tabe olduqlarına görə həbsdə olan siyasi məhbusların azadlığa buraxılmasını, islamçı rəhbərlərin həbsinə və onlara qarşı kobud rəftarlara son qoyulmasını tələb edirik!
Sonda cənab Əliyevə və onun hökumətinə xəbərdarlıq edirik ki, evlərin ən zəifi sizin arxalandığınız və ölkənizin qapısını üzünə açdığınız müqəddəs Qüdsü işğal etmiş rejimin hörümçək evidir. Çox çəkməz ki, bu zəif ev viran olar. Ona görə də öz aqibətiniz barədə mümkün qədər tez düşünün.
“Salam olsun hidayətə tabe olanlara!”

İslam Məzhəbləri Universitetinin tələbə səfərbərliyi təşkilatı
Şəhid Behişti Universitetinin tələbə səfərbərliyi təşkilatı
Cənubi Tehran İslami Azad Universitetinin tələbə səfərbərliyi təşkilatı
Şəhid Rəcayi Universitetinin tələbə səfərbərliyi təşkilatı
Tehran Tibb Elmləri Azad Universitetinin tələbə səfərbərliyi təşkilatı
Malik Əştər Texnologiya Universitetinin tələbə səfərbərliyi təşkilatı
Xarəzmi Universitetinin tələbə səfərbərliyi təşkilatı
Şəmsipur Universitetinin tələbə səfərbərliyi təşkilatı
Abrar Universitetinin tələbə səfərbərliyi təşkilatı
Əz-Zəhra (sa) Universitetinin Tələbə tələbə səfərbərliyi təşkilatı
İmam Hüseyn (ə) Universitetinin tələbə səfərbərliyi təşkilatı
Usulid-din Universitetinin tələbə səfərbərliyi təşkilatı
Tarbiəte Modarres Universitetinin tələbə səfərbərliyi təşkilatı
Şimali Tehran İslami Azad Universitetinin tələbə səfərbərliyi təşkilatı
Şəriəti Universitetinin tələbə səfərbərliyi təşkilatı
Hormozqan vilayətinin Aydınlaşdırma Şurası
Qəzvin vilayətinin aydınlaşdırma Şurası
Böyük Tehran regionu universitetlərinin beynəlxalq mərkəzi
Qəzvin vilayəti universitetlərinin beynəlxalq mərkəzi
Kürdüstan vilayəti universitetlərinin beynəlxalq mərkəzi
Kəhgiluye və Buyer-Əhməd vilayəti universitetlərinin beynəlxalq mərkəzi
Mazandaran vilayəti universitetlərinin beynəlxalq mərkəzi
Hormozqan vilayəti universitetlərinin beynəlxalq mərkəzi
Ərdəbil şəhəri universitetlərinin beynəlxalq mərkəzi
Kerman vilayəti universitetlərinin beynəlxalq mərkəzi
Gülüstan vilayəti universitetlərinin beynəlxalq mərkəzi
Şəhid Behişti Universitetinin “İmam Xomeyni” adına Beynəlxalq şöbəsi
İmam Sadiq (ə) Universitetinin “Qlobal Müqavimət” tələbə səfərbərliyi təşkilatı
Şəhid Mütəhhərii Liseyinin beynəlxalq mərkəzi
Şahid Universitetinin beynəlxalq mərkəzi
İmam Sadiq Universitetinin (qadınlar) beynəlxalq mərkəzi
İslam Məzhəbləri Universitetinin beynəlxalq mərkəzi
Tehran Tibb Elmləri Azad universitetinin “İbrahim Milləti” adına beynəlxalq mərkəzi
Elm və Texnologiya Universitetinin “Şəhid Muğniyə” tələbə səfərbərliyi təşkilatı
Xacə Nəsrəddin Tusi Universitetinin beynəlxalq mərkəzi
Əllamə Təbatəbayi Universitetinin beynəlxalq mərkəzi
Hormozqan Universitetinin tələbə səfərbərliyi təşkilatı

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir