Yəməndə baş verən son hadisələr, 14 İyun 2022

Çərşənbə axşamı, 14 İyun 2022 - 22:26
https://az.iswnews.com/?p=8736

“İslam Dünyası Xəbərləri ” informasiya agentliyinin məlumatına görə, Yəmən müharibəsi başlayandan bəri kaset bombalarının qurbanlarının sayı 400 uşaq və 115 qadın da daxil olmaqla 3956 nəfərə çatıb.

1- Mərib:

Yerli mənbələr Mərib şəhərinin üçüncü hərbi rayonunda partlayışın baş verdiyini bildiriblər. Partlayış Səudiyyə koalisiya qüvvələrinin silah-sursat anbarında başlayan yanğın nəticəsində baş verib.

2 – Səədə:
Səudiyyə koalisiyasının Səadanın şimal cəbhəsindəki Fəth briqadasının səhra komandirləri Moaz Morşid Əbum və Məhəmməd Məs’əd əs-Sabihi komandanlığı altında olan bir sıra silahlılarla birlikdə Ənsarullaha qoşulub.

3- Təiz:
Əl-Maxa bazalarından birində yanacaq bölgüsü ilə bağlı Tarik Salehin komandanlığı altında müştərək ilə Əl-Əmaləqə qüvvələri arasında baş verən qarşıdurmada hər iki tərəfdən çoxlu sayda qüvvə ölüb və yaralanıb.

4- Əl-Hudəydə:
– Səudiyyə koalisiya qüvvələri son 48 saat ərzində atəşkəs rejimini 87 dəfə pozub.
– Cərrahiyyə idarəsində yerləşən Bəni-Həşaş kəndində minanın partlaması nəticəsində 3 mülki şəxs şəhid olub.

5 – Həzərmut:
Səudiyyə koalisiya komandanlığı, general Tahir əl-Əqilinin başçılıq etdiyi istefa vermiş hökumət qüvvələrinin geri çəkilməsi və onların yerinə Saqir bin Əzizin rəhbərlik etdiyi Yəmən qüvvələrinin Hədramutun təhlükəsizliyini təmin etmək üçün əmr verib.

6- Səudiyyə koalisiyası son 24 saat ərzində Yəmənin müxtəlif əyalətlərində atəşkəs rejimini 153 dəfə pozub.

7- Ərazilərin Təmizlənməsi üzrə İcra Mərkəzinin rəhbəri Briqada generalı Əli Səfra :
Yəmən müharibəsi başlayandan bəri kaset bombalarının qurbanlarının sayı 400 uşaq və 115 qadın da daxil olmaqla 3956 nəfərə çatıb.

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.