Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Yüz Onuncu Günü, 13 İyun 2022

Bazar ertəsi, 13 İyun 2022 - 21:50
https://az.iswnews.com/?p=8700

– Severodonetsk cəbhəsində Rusiya ordusunun BM-21 Qrad raket buraxılış qurğusuna Ukrayna ordusunun M777 artilleriya mərmilərinin zərbəsi videosu.

– Ukrayna hərbçiləri rus qoşunlarının irəliləyişini ləngitmək məqsədilə Severodonetsk-Lısiçansk körpüsünü dağıdıblar.
Ukrayna ordusunun bu hərəkətindən sonra ukraynalı komandirlər belə qənaətə gəliblər ki, Severodonetsk şəhəri tezliklə rus qoşunları tərəfindən nəzarətə götürüləcək və Ukrayna hərbçiləri Lısiçansk cəbhəsinə geri çəkiləcək.
Bu körpü Severodonetskdən Lısiçanska gedən əsas nəqliyyat marşrutlarından biriidi. Körpünün dağılmasına görə Rusiya qüvvələrinin körpünü tez bir zamanda təmir etdirməsi və ya Siurski Donets çayı üzərində Pantone körpüsü (üzən körpü) qoyması mümkündür.
Körpünün online xəritədəki mövqeyi

– Rusiya ordusu Severodonetsk şəhərində azot zavodunu bombalayıb.
Ukrayna mənbələrinin məlumatına görə, 500-dən çox dinc sakin azot zavoduna sığınıb və onların Lısiçanska təxliyəsi üçün səylər davam edir.
Azot zavodu Severodonetsk şəhərinin qərbində yerləşir və Avropanın ən böyük kimya zavodlarından biridir.
Onlayn xəritədə mövqe

– Çin və AB Rusiya yanacaq alıcıları siyahısına başçılıq edir!

Finlandiyada yerləşən Müstəqil Enerji və Təmiz Hava Araşdırmaları Mərkəzinin (CREA) məlumatına görə, Rusiya Ukrayna müharibəsi başlayandan bəri qalıq yanacaq ixracından 93 milyard avro (98 milyard dollar) qazanıb. Bu gəlirlər 46 milyard dəyərində xam neft, qaz, neft məhsulları, mayeləşdirilmiş təbii qaz (LNG) və kömür satışından əldə edilib.

100 gün ərzində 57 milyard avro ödəməklə Rusiyanın qalıq yanacaq idxalının 61%-i Avropa İttifaqının payına düşüb.
Rusiyanın ən böyük yanacaq idxalçıları 12,6 milyard avro ilə Çin, 12,1 milyard avro ilə Almaniya və 7,8 milyard avro ilə İtaliya olub. Çin, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri və Fransa da Rusiyadan yanacaq idxalını artırıb. Rusiyadan idxalda bu artım Fransanı dünyada ən böyük LNG alıcısına çevirib.

Statistikalar ABŞ və Avropa ölkələrinin onlarla sanksiya paketini tətbiq etməklə Rusiyanın iqtisadiyyatını zəiflətməyə və onun Ukraynada irəliləyişini dayandırmağa çalışdıqları bir vaxta təsadüf edir.

– Rusiya ordusu Çerniqov vilayətinin Priloki şəhərində Ukraynaya məxsus hərbi obyektə bir və ya bir neçə raket zərbəsi endirib.

Rusiya mənbələrinin məlumatına görə, hücumda ABŞ və Avropa ölkələrinin göndərdiyi silah və sursat anbarları hədəf alınıb.

– Rusiyanın raket zərbələrinə cavab olaraq Ukrayna ordusu Donetskin qərbində Kiyev və Kaybışevski rayonlarını raket və artilleriyadan atəşə tutub.
Yerli mənbələrin məlumatına görə, əraziyə 86-dan çox Qrad raketi, 14 Oreqon raketi və 30 artilleriya mərmisi düşüb.

– Donetsk Ukrayna ordusunun artilleriya atəşi altında qalmaqdadır
Donetskdən gələn son xəbərlərə görə, Ukrayna ordusu bu gün günortadan sonradan bu gün axşama kimi Kiyev, Kaybışevski və Voroşilovski rayonlarına 300-dən çox raket və artilleriya mərmisi atıb. Bəzi yerlərdə yanğın davam edir və dəymiş ziyanın miqdarı yüksəkdir. Bu hücumlar zamanı itkilərin ilkin statistikasına görə 24 nəfər həlak olub, daha çox adam yaralanıb.
Yerli mənbələr 2014-cü il münaqişəsindən sonra Ukraynanın şərqində belə ağır bombardman görmədiklərini deyirlər!

Keçmiş günlərdə Ukrayna müharibəsi xəbərləri:

Gün 1Gün 2Gün 3Gün 4Gün 5Gün 6Gün 7Gün 8Gün 9Gün 10Gün 11Gün 12Gün 13Gün 14Gün 15Gün 16Gün 17Gün 18Gün 19Gün 20Gün 21Gün 22Gün 23Gün 24Gün 25Gün 26Gün 27Gün 28Gün 29Gün 30Gün 31Gün 32Gün 33Gün 34Gün 35Gün 36Gün 37Gün 38Gün 39Gün 40Gün 41Gün 42Gün 43Gün 44Gün 45Gün 46Gün 47Gün 48Gün 49Gün 50Gün 51Gün 52Gün 53Gün 54Gün 55Gün 56Gün 57Gün 58Gün 59Gün 60Gün 61Gün 62Gün 63Gün 64Gün 65 və 66Gün 67Gün 68Gün 69Gün 70Gün 71Gün 72Gün 73Gün 74Gün 75Gün 76Gün 77Gün 78Gün 80Gün 81Gün 82Gün 83Gün 84Gün 85Gün 86Gün 87Gün 88Gün 89Gün 90Gün 91Gün 92Gün 93Gün 94Gün 95Gün 96Gün 97Gün 98Gün 99Gün 100Gün 101Gün 102Gün 103Gün 104Gün 105Gün 106Gün 107Gün 108Gün 109

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.