BƏƏ və Bəhreyndə İsrail radarlarının yerləşdirilməsi!

Şənbə 11 İyun 2022 - 20:51
https://az.iswnews.com/?p=8613

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail ordusu İranın raket təhdidlərinə qarşı çıxmaq bəhanəsi ilə Əbu-Dabi və Manamada radar sistemləri yerləşdirib.

Sionist televiziya kanalı 12 iddia edib ki, sionist rejim İranın raket təhdidləri ilə mübarizə və fövqəladə xəbərdarlıq sisteminin yaradılması üçün birgə əməkdaşlıq çərçivəsində bəzi Qərbi Asiya ölkələrində, o cümlədən Bəhreyn və BƏƏ-də radarlar yerləşdirib.

Bununla bağlı ABŞ Konqresi İsrail və ərəb ölkələrinin hava hücumundan müdafiə sistemləri məsələsini dəstəkləmək üçün qanun qəbul etməyə çalışır. Qanuna əsasən, ABŞ Müdafiə Nazirliyi İsrail və Ərəb ölkələri hava hücumundan müdafiə sistemlərini birləşdirmək üçün hava hücumundan müdafiə sistemi təqdim edəcək.

Qeyd edək ki, bir müddət əvvəl Təl-Əviv və Əbu-Dabi arasında BƏƏ-yə bir sıra ilkin raket hücumu xəbərdarlığı sistemləri və İsrailin müdafiə sistemlərinin satışı ilə bağlı danışıqlar aparılmışdır. Eyni zamanda, “Dəmir Qübbə” müdafiə sisteminin BƏƏ-yə satılmasının İsrail üçün İranın Təl-Əvivə mümkün hər hansı hücumu ilə bağlı rejimə kömək edəcək regional müdafiə sistemi şəbəkəsinin ola biləcəyi düşünülürdü!

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir