Şəbvə valisi İslahatçı partiyasının silahlılarını Ətəqdən qovub
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Əl-Əmaləqə və Şəbvə qüvvələri Şəbvə valisi İvəd bin Əl-Vəzir Əl-Avlakinin əmri ilə Ətəq şəhərindəki Xüsusi Təhlükəsizlik Qüvvələrinin bazasına nəzarəti ələ keçirib və İslahatçı partiyasının silahlılarını oradan qovublar.
Şəbvə vilayətində istefa vermiş Yəmən hökumətinin Prezident Şurasının üzvləri arasında baş verən çoxşaxəli toqquşmalardan sonra Əl-Əmaləqə və Şəbvə qüvvələri İvəd bin Əl-Vəzir Əl-Əvlakinin göstərişi ilə Ətəq şəhərindəki Xüsusi Təhlükəsizlik Qüvvələrinin bazasını mühasirəyə alıb. Bu qüvvələr İslahat partiyası komandiri briqada generalı Əbd ər-Rəbə Ləəkəb komandanlığı altındadırlar və Şabvə valisinin bazalarını Əl-Əmaləqə qüvvələrinə təhvil vermək əmrindən imtina ediblər.
İvəd bin Əl-Vəzir Əl-Avlaki Şəbvənin valisi və BƏƏ və istefa vermiş Yəmən hökumətinin prezident şurasının bəzi üzvləri Rəşad Əl-Alimi və Tariq Saleh kimi şəxslərin köməyi ilə Şəbvə əyalətində hakimiyyətə gələn böyük Əl-Əvlak qəbiləsinin başçısıdır. Yəmənin işğal olunmuş ərazilərində Tariq Saleh ilə cənublular arasında hakimiyyət uğrunda gedən mübarizədən sonra Tariq Saleh əl-Əvlakiyə kömək etmək üçün Əl-Əmaləqə qüvvələrini Ətəq şəhərinə göndərdi.
Daha çox oxuyun:
Yəməndə baş verən son hadisələr, 29 May 2022
Rəy