Azərbaycan müsəlmanları dini məhdudiyyətlərinin ifşası
Azərbaycan Respublikası Milli Məclisində “Dini etiqad azadlığı haqqında” qanunun islahatı yeni fikir mübadilələrinə səbəb olub. Bu layihədə Qafqaz Müsəlmanları İdarəsinin müsəlman din xadimlərinin fəaliyyətlərinə nəzarət etmək səlahiyyətlərinin azaldılması ilə yanaşı, məscid və ziyarətgahların dini fondları və nəzirləri də hökumətin nəzarətinə verilməsi bu layihədə yer alıb.
Hazırda qüvvədə olan qanunun 8-ci maddəsinə əsasən, İslam din xadimlərinin ixtisas dərəcəsi əlaqədar orqanların icazəsi şərtilə hər beş ildən bir Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müəyyən edilirdi. Amma yeni islahatlarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu işi görərək ruhaniləri təsdiqləyəcək.
2022-ci il fevralın 1-də parlamentə daxil olan yeni qanun layihəsi üzərində müzakirələr aparılır və bunlar yekunlaşandan sonra təsdiq olunması üçün ölkə prezidentinə göndəriləcək.
Dini ödənişlərin elektron vasitəsi ilə ödənilməsi
“Bir çox ölkələrdə din xadimlərinin seçilməsini hökumətlər həyata keçirir, Azərbaycanda da bu cür olmalıdır, həmçinin din xadimləri seçilməsi üçün ciddi strukturlar təyin edilməlidir”, – deyə parlamentin sosial komissiyasının üzvü, layihənin parlamentdə müdafiəçilərindən biri Ceyhun Məhəmmədov bildirib.
O, bu ölkənin dini məkanlarında maliyyə dəstəklərinin toplanmasına toxunaraq bildirib: İbadət yerləri və ziyarətgahların maliyyə imkanları ölkənin müxtəlif ictimai dairələrində diqqət çəkən mövzulardandır. Bəzi məscid və ziyarətgahlarda cəm olan məbləğlər on minlərlə manata çatır. Bu ianələr və hədiyyələr şəffaf şəkildə toplanmalı və elektron maliyyə sistemləri vasitəsilə qeydə alınmalıdır.
Ruhanilərin işdən çıxarılması və onlara daimi nəzarəti
Digər millət vəkili Tahir Rzayev isə İslam dini mərkəzlərinə qoyulan məhdudiyyətlər fonunda belə deyib: “Bu gün bəzi insanlar məscidləri siyasi oyunlar, fala baxmaq, dua yazmaq, kitaba baxmağa çevirir, bəziləri də mübarizəyə çağırırlar. Biz dinimizi bu cür din xadimlərindən, dini qurum rəhbərlərindən xilas etməliyik. Dini inanclarına qərəzli münasibət bəsləyən din xadimləri dinin müqəddəsliyini alçaldan insanlardır və onlar gərək nəzarətdə saxlanılsın.
Müsəlman ruhanilərinin ələnməsi
Göründüyü kimi, parlamentin hazırkı layihəsin təkcə seçib-təsdiqləmə məsələsini əhatə etmir; həmçinin hökumətin siyasətinə qarşı çıxan din xadimləri arasında əsaslı təmizləmə hesab olunur. Demək olar ki, bu qanun müstəqil din xadimlərinin bu ölkənin xalqına dini xidmətlər göstərməsini qadağan edir.
Məsələnin görünən tərəfi ondan ibarətdir ki, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə mövcud vəziyyətlə uzlaşmaq istəyir və o təzyiq altındadır; həmçinin onun yeni qanunla hökumət tərəfindən səlahiyyətinin əlindən alınması ehtimalı da verilir.
Lakin bəzi ekspertlər hesab edir ki, ona qarşı şifahi hücumlar o qədər də ciddi deyil və bu addımlar bu ölkənin dindar kütləsini susdurmaq üçündür.
Dini məkanlar üçün maliyyə məhdudiyyətləri
Məscidlərə nəzirlər, hədiyyə və ictimai ianələrin toplanması məsələsinə də ciddi nəzarət olunur ki, bu da hədiyyə kartları və bank hesabları ilə edilməlidir. Deputat Ceyhun Məhəmmədovun son çıxışlarında görünənlər ölkənin bəzi iri məscid və ziyarətgahlarına konkret ad çəkilmədən istinad edilməsidir. Azərbaycanda belə ziyarətgahlar, məscidlər azdır. Bibi Rəhimənin (İmam Rzanın (ə) bacısı) müqəddəs ziyarətgahı, Kürdəxanı rayonunun Nardaran kənd məscidi və Bakı şəhəri yaxınlığındakı Səbail rayonu Bibi Heybət məscidi qanunun bu maddəsinin əsas məqsədidir.
Bakı, şəhər ətrafı, qəsəbə və kəndlərin 4 milyona yaxın əhalisi var və dini ocaqların maliyyə cəhətdən zəifləməsi İslam prinsiplərinin və dəyərlərinin təbliğinə mənfi təsir göstərə bilər.
Qafqaz Müsəlmanları İdarəsinin passiv reaksiyası
Qafqaz Müsəlmanları İdarəsi parlamentdə hüquqi dəyişikliklərlə bağlı yanvarın 27-də yaydığı bəyanatda bildirir: “Bu qanun islahatlar çərçivəsində təsdiqlənəcək və din xadimləri yeni dəyişiklikləri qəbul edib, ona uyğun hərəkət etməlidirlər”. İdarə həmçinin bəyanatda müsəlman din xadimlərini vəziyyətdən sui-istifadəyə imkan verməməyə çağırılıb.
Rəy