İraqın şimalındakı Türkiyə hərbi bazasına raket hücumu

Cümə 10 İyun 2022 - 14:14
https://az.iswnews.com/?p=8546

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Neynəva əyalətinin şimalındakı Zelkan bölgəsindəki Türkiyə hərbi bazasına naməlum şəxslər tərəfindən raket hücumu olub.

İyunun 9-da Mosulun şimalındakı Zelkan bölgəsindəki Bəşiqə türk hərbi bazası dörd qrad raketi ilə hədəfə alınıb. Hücumla bağlı əlavə təfərrüatlar açıqlanmayıb və heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin hesablamasına görə, bu, cari ilin 21 martından bəri Bəşiqə hərbi bazasına edilən yeddinci raket hücumudur.

Həmçinin iyunun 2-də Türkiyə ordusunun Bəşiqə hərbi bazasına bir neçə dorn və raket ilə hücum olunmuşdur.

Daha çox oxuyun:
İraqın şimalındakı Türkiyə hərbi bazasına raket və PUA hücumu

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir