Fələstində baş verən son hadisələr, 9 İyun 2022

Cümə axşamı 9 İyun 2022 - 22:47
https://az.iswnews.com/?p=8522

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Yunanıstan Baş Qərargah rəisi Konstantinos Floros işğal olunmuş Fələstinə səfəri zamanı İsrail Ordusu Kəşfiyyat Xidmətinin 9900 bölməsini ziyarət edib.

– İsrailin F-16 qırıcıları ABŞ-a məxsus B-52 bombardmançı təyyarəsini işğal altındakı Fələstinin hava məkanında müşayiət edib.

– Yunanıstan Baş Qərargah rəisi Konstantinos Floros işğal olunmuş Fələstinə səfəri zamanı İsrail Ordusu Kəşfiyyat Xidmətinin 9900 bölməsini ziyarət edib.

– Fələstin Milli İdarəsinin xarici işlər naziri Riyad əl-Maliki Beynəlxalq Cinayət Məhkəməsinin baş prokurorunu Fələstinə səfərə dəvət etdiyini vurğulayıb.

– İyunun 9-da İsrailin baş naziri Naftali Bennet gözlənilmədən BƏƏ-yə səfər etdi. BƏƏ-yə səfər etdikdən sonra onu BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed qarşılayıb.

– Tunis Xarici İşlər Nazirliyi Tunis və sionist rejim arasında münasibətlərin normallaşdırılması cəhdini təkzib edib.
– Əl-Xəlilin şimalındakı Həlhul qəsəbəsində baş verən qarşıdurmalar zamanı İsrail əsgərləri tərəfindən qarnından güllələnən 27 yaşlı fələstinli Mahmud Fayez Əbu Ayhur aldığı xəsarətlərdən xəstəxanada şəhid olub.

– Cənində fələstinlilərlə İsrail əsgərləri arasında baş verən qarşıdurmada 3 fələstinli yaralanıb.

– İbrani mediaları iddia edib ki, Liberiya ölkəsi işğal altındakı Qüdsdə nümayəndəliyinin açılışını Liberiyanın xarici işlər naziri ilə İsrail xarici işlər nazirinin müavini Eydan Rollun görüşü zamanı elan etməli dir.

– İsrailin Xarici İşlər, Müharibə və Enerji nazirləri birgə bəyanat verərək, rejimin lazım gələrsə, özünün qaz yataqlarını qorumağa hazır olduğunu açıqlayıblar.

– Son 24 saat ərzində İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində 9 fələstinlini həbs edib.

– İyunun 8-də İraqın Ərbil şəhərinin ətrafında Pirməm prospektində müəyyən hədəflərə dron zərbəsi endirilməsi nəticəsində 3 nəfər yaralanıb, bir sıra avtomobillərə ciddi ziyan dəyib. Yerli media sionist rejimin casus təşkilatının bir neçə üzvünün, o cümlədən sionist sui-qəsd dəstəsinin komandiri “Elak Ron” adlı bir nəfərin öldürüldüyünü iddia edib. (Daha ətraflı)

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir