Ərbildəki hədəflərə dron zərbəsi endirilib + FOTO və VİDEO

Cümə axşamı, 9 İyun 2022 - 16:18
https://az.iswnews.com/?p=8487

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ərbil şəhərinin ətrafındakı Pirməm prospektində məlum hədəflərə dron zərbələrinin endirilməsi nəticəsində 3 nəfər yaralanıb, bir neçə avtomobilə ciddi ziyan dəyib.

İyunun 8-də yerli vaxtla saat 21:35 radələrində Ərbil şəhəri yaxınlığındakı Pirməm prospektində kamikadze dronu zərbəsi endirilib. İraq Kürdüstan Regional Terrorla Mübarizə Təşkilatının məlumatına görə, hücum zamanı 3 mülki şəxs yaralanıb, bir neçə avtomobilə ziyan dəyib.
Hücuma görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.
Qeyd edək ki, Pirməm ərazisinin yaxınlığında Almaniya, ABŞ və Birləşmiş Ərəb Əmirliklərinin bir neçə təhlükəsizlik qurumları və konsulluqları yerləşir.

Kürdüstan bölgəsinin daxili işlər naziri Pirməm bölgəsində dron hücumu xəbərini təsdiqləyib və hücumların bəzi qanunu pozan qruplar tərəfindən həyata keçirildiyini açıqlayıb. Hücumdan sonra İraq Kürdüstan Regional Rəhbərliyinin (KRB) baş naziri Məsrur Bərzani və İraqın baş naziri Mustafa Əl-Kazimi telefonla danışıblar ki, hücumun səbəbkarlarının müəyyən edilməsi və cəzalandırılması üçün birgə əməliyyata başlanılsın.

Bəzi yerli medialar dron hücumunun ilkin hədəfinin ABŞ-ın Ərbildəki konsulluğu olduğunu və dronun Kürdüstan Regional Təhlükəsizlik Qüvvələri tərəfindən vurulduğunu demişdilər. Digər media orqanları isə bu hücum nəticəsində sionist rejimin casus təşkilatının bir neçə üzvü, o cümlədən sionist sui-qəsd dəstəsinin komandiri “Elak Ron” adlı şəxsin öldürüldüyünü iddia ediblər.
Hələlik bu iddialara dair heç bir mötəbər dəlil dərc olunmayıb, lakin qəribə bir hərəkətlə Kürdüstan Bölgəsinin mediaları bu hadisədə yaralananların yaralarının izi olmayan görüntülərini dərc ediblər. Həmçinin şəkildəki insanların xəsarətlərinin səviyyəsi və növü avtomobilin məhv edilməsinin miqyası ilə mütənasib deyil və bu, sionistləri daşıyan avtomobilə hədəfli dron hücumu ilə bağlı fərziyyələri gücləndirir.

Kamikadze dronunun qalıqları
Pirməm ərazisinə dron zərbəsinin vurduğu ziyanlar
Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.