Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Gürcüstanın Marneuli şəhərinə səfəri ilə əlaqəli etiraz aksiyası keçirilib + VİDEO və FOTO

Cümə axşamı 9 İyun 2022 - 00:45
https://az.iswnews.com/?p=8466

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi İbrahim Müctəba Birliyinin facebook səhifəsinə istinadən xəbər verir ki, 8 iyun tarixində Marneuli şəhərinin mömin gəncləri Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin bu şəhərə səfəri ilə əlaqəli etiraz aksiyası keçiriblər.

Səhifədə qeyd olunan məlumatı olduğu kimi təqdim edir:

İntiqam alan ALLAHIN adı ilə.

Bu gün Azərbaycan hakimiyyətinin Dini komitəsi Gürcüstanın Marneuli şəhərində səfərdə oldu. Səfər zamanı şəhərin mömin gəncləri qonaqları etiraz aksiyası ilə qarşılayıblar.
Onlar ” Dindarlara azadlıq” “Ruhaniyyətə azadlıq” “İslamafob siyasətə son”
“Gürcüstan möminləri oyaqdır, Azərbaycana dayaqdır” şüarları səsləndirib, nümayiş etdiriblər.

P.s: “Azərbaycan dindarları siz də bizi bağışlayın. Əlimizdən hələ ki yalnız bu gəldi”

Sitatın sonu

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir