Ukrayna İsraildən Dəmir Qübbə müdafiə sistemi almaq niyyətindədir!

Çərşənbə, 8 İyun 2022 - 21:23
https://az.iswnews.com/?p=8396

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ukraynanın İsraildəki səfiri Kiyevin Rusiya ordusunun hücumlarına qarşı çıxmaq üçün “Dəmir Qübbə” sistemi almaq qərarını açıqlayıb.

İyunun 7-də Ukraynanın işğal olunmuş Fələstindəki səfiri Yevgeni Kornıçuk mətbuat konfransında İsrail rəsmilərini Rusiyanın hərbi hücumlarına qarşı çıxmaq üçün Kiyevi “Dəmir Qübbə” sistemi ilə təchiz etməyə razılaşmağa çağırıb.
“Biz İsraili “Dəmir Qübbə” sistemi və buna bənzər müdafiə avadanlığı şəklində müdafiə yardımı göstərməyə çağırırıq, Biz vətəndaşlarımızı qorumalıyıq”. – deyə o, İsrailin Ukraynaya minimum müdafiə və silah yardımı göstərməkdən imtina etdiyini bildirib.

Ukraynanın Təl-Əvivdəki səfiri Təl-Əvivin ukraynalı əsgərləri İsrail xəstəxanalarında müalicə etməkdən imtina etməsinə toxunaraq bildirib ki, Ukrayna xəbərlərinin İsrail mediasından tamamilə silinməsi, müharibə xəbərlərinin azlığı və məlumatsızlığı İsrail hökumətinin bu müharibədən narazılığını göstərir.

Korniçuk deyib: “Biz Təl-Əvivin Almaniyadan Ukraynaya İsrail istehsalı olan “Spike SR” tank əleyhinə raketlərinin ötürülməsinə icazə verməsini gözləyirik”.
Qeyd edək ki, İsrail rəsmiləri ABŞ-ın tələblərinə baxmayaraq, Ukraynaya İsrailin “Spike” tank əleyhinə raketlərinin Almaniyaya satışına icazə verməyib.

Yevgeni Kornıçuk bu sözləri bir halda deyib ki, o bir neçə müddət əvvəl İbrani medialarında iddia edirdi ki, Sionist Ordunun Baş Qərargahının xüsusi bölmələrinin (Sayert Metkel) istefada olan əsgərləri ukraynalılara Rusiya ordusuna qarşı döyüşmək üçün təlim keçirlər. Həmçinin bu ilin may ayında Kan News İbrani kanalı İsrail hərbçiləri tərəfindən Ukrayna Xüsusi Təyinatlı Qüvvələrinin təlimini əks etdirən video yayımlamışdır və İsrail qüvvələrinin Ukraynada Rusiya ordusuna qarşı müharibədə fəal iştirak etdiyini iddia etmişdir!

Daha çox oxuyun:
Ukrayna ordusunun xüsusi bölməsinin İsrail hərbçiləri tərəfindən təlimi! + VİDEO
Ukrayna müharibəsində İsrail məsləhətçiləri iştirak edirlər!

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.