Fələstində baş verən son hadisələr, 7 İyun 2022

Çərşənbə axşamı, 7 İyun 2022 - 23:35
https://az.iswnews.com/?p=8385

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Qəzzada hərbi məhkəmə 1961-ci il təvəllüdlü H.R adlı fələstinli şəxsi İsrail təhlükəsizlik təşkilatlarına casusluqda ittiham edərək edam cəzasına məhkum edib.

– Sionist rejim Əl-Xəlil məntəqəsinin cənubundakı Masafrita bölgəsinin Əl-Təvvah kəndində bir Fələstinlinin evini dağıdıb.
– Son 24 saat ərzində İsrail qüvvələri İordan çayının qərb sahili və Qüdsün müxtəlif bölgələrində reydlər keçirib və ən azı 19 fələstinlini həbs edib.
– İyunun 7-də İsrail qüvvələri Ən-Nəqb səhrasındakı əl-Ərəqib kəndinə basqın edərək, ardıcıl 202-ci dəfə olaraq fələstinlilərin evlərini dağıdıb.
– İsrail ordusunun radiosu İordan çayının qərb sahilində fələstinlilərin etirazlarını yatırmaq üçün yeni işə qəbul edilmiş qadın əsgərlərdən istifadə edəcəyini açıqlayıb.
– Sionist Müharibə Naziri Benni Gantz: Kariş qaz yatağı Livanla mübahisəli bölgə deyil, “İsrailin” nəzarətində olan ərazidə yerləşir.
– ABŞ Xarici İşlər Nazirliyi: Biz inanırıq ki, israillilər və fələstinlilər sabitlik, təhlükəsizlik və azadlığa layiqdirlər.
– İsrailin Müharibə naziri Livanla sərhəddəki qaz yatağı ilə bağlı mübahisənin ABŞ-ın vasitəçiliyi ilə həll olunacağını iddia edib.
– Sionist rejimin baş naziri Naftali Bennett, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunun işğal olunmuş Fələstinə səfərindən bir neçə gün sonra İsrail parlamentinin Xarici Əlaqələr və Müdafiə Komitəsinin iclasında deyib: “Biz gözləyirik agentlik İrana nüvə proqramı ilə bağlı ciddi xəbərdarlıq versin!”
– İyunun 6-da Qəzzadakı hərbi məhkəmə 1961-ci il təvəllüdlü H.R adlı fələstinlini İsrail təhlükəsizlik təşkilatlarına casusluqda ittiham edərək edam cəzasına məhkum edib. O, pul müqabilində Fələstin müqavimət qrupları və komandirlərindən məlumat toplayıb və İsrailin casus agentliklərinə ötürürmüş.
– İsrail ordusu iddia edir ki, İsrail polisinin köməyi ilə İordaniya sərhədində silah qaçaqmalçılığı əməliyyatının qarşısını almağa müvəffəq olub.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.