Afrikada baş verən son hadisələr, 4 fevral 2022

Cümə, 4 Fevral 2022 - 23:49
https://az.iswnews.com/?p=834

Nigeriya, Mali, Burkina Faso və Mozambikdən ən son hadisələr və xəbərlər

1- Nigeriya:

  • Yanvarın 29-da İŞİD silahlıları Berno əyalətinin Aciri şəhərində Nigeriya ordusunun nəzarət-buraxılış məntəqəsinə hücum ediblər.
  • Fevralın 1-də Bama və Mairi şəhərlərinə gedən yolda Nigeriya ordusunun patrul maşınları İŞİD terrorçularının hücumuna məruz qalıb.
  • Fevralın 2-də Nigeriya ordusunun yüksək rütbəli komandiri Malia Səid beş hərbiçi ilə birlikdə Berno əyalətinin Niqomi şəhərinin yaxınlığında İŞİD-in pusqusunda öldürülüblər. (Yuxarıdakı şəkil)
  • Fevralın 3-də Nigeriyada bir neft tankeri naməlum səbəbdən partlayıb. Partlayış nəticəsində 10 ekipaj üzvü itkin düşüb və təxminən 50 000 barel neft yanıb.
  • Fevralın 4-də Nigeriya Ordusunun qırıcı təyyarələri Berno əyalətinin Marta, Jubularam və Kualaram bölgələrində İŞİD və Boko Haramın mövqelərini bombalayıb.

2- Burkina Faso:

Yanvarın 30-da Fransa ordusu ölkənin şimalında Burkina-Faso ordusu ilə birgə əməliyyatda 60-a yaxın cihadçının öldürüldüyünü açıqlayıb.

3- Mozambik:

İŞİD-in Kabudelqado əyalətindəki Matimo adasına silahlı hücumu nəticəsində, ada sakinləri qaçmağa məcbur olub, İŞİD sakinlərin əmlakını qarət edərək 60-dan çox ev və 5 qayığı yandırıb.

4- Mali:
Yanvarın 31-də Mali Ordusu bəyanat yayaraq, Mupta, Seqo, Şikasu və Nara bölgələrində “Əl-Qaidə”, “Nüsrət İslam vəl-Musilin” terror qruplaşmalarının bir neçə bazasının məhv edildiyini açıqlayıb. Əməliyyatda bu qrupların 43 üzvü öldürülüb, daha 6-sı isə həbs edilib

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.