Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Yüz İkinci Günü, 5 İyun 2022

Bazar 5 İyun 2022 - 21:04
https://az.iswnews.com/?p=8243

– Rusiya qüvvələri Xarkovun mərkəzindəki Plexanovskaya küçəsində yerləşən metal stadionu güclü şəkildə bombalayıb.

Qeyd edək ki, ötən həftələrdə Rusiya KİV-i yerli sakinlərə istinadən Ukrayna hərbçilərinin bu ərazidə qaldığını iddia etmişdi. Son zamanlar Ukrayna müharibəsində Rusiya kəşfiyyat orqanlarının fəaliyyəti ciddiləşib.
Bu ərazinin onlayn xəritədə yeri

– Ukrayna ordusunun Donetsk şəhərinə artilleriya zərbələri nəticəsində xeyli sayda Donetsk əhalisi ölüb və yaralanıb.

Rusiya mətbuatının məlumatına görə, Ukrayna qüvvələri Donetsk şəhərini 40-dan çox reaktiv qumbaraatandan atəşə tutub və nəticədə bazar, bir neçə yaşayış binası və avtomobil yanıb. Hələlik itkilər barədə məlumat verilmir.

– Rusiya hərbçiləri Kiyevdəki Ukrayna mövqelərinə raket zərbələri endirib. Yerli sakinlər tərəfindən yayılan videolara görə, Rusiya ordusu X-101 qanadlı raketindən istifadə edib.
Hücum dünən axşam saatlarında baş verib və Ukrayna mənbələri əvvəlcə partlayışları təxribat və yanğınla əlaqələndiriblər. Amma yerli videoların yayılması ilə qanadlı raketlərlə hücumun səbəbkarının Rusiya olduğu üzə çıxdı.

– ABŞ-ın Ukraynaya raket sistemləri göndərməsinə Putinin reaksiyası
Rusiya prezidenti Vladimir Putin Ukraynaya ABŞ-ın yeni yardım paketinin təsdiqlənməsi ilə bağlı deyib:
“Uzun mənzilli raketlər Ukraynaya çatdırılarsa, Rusiya nəticə çıxaracaq və istifadə olunmamış raketləri hədəfə alacaq.
Ukraynaya daha çox silah göndərilməsi ilə bağlı yaranan hay-küyün məqsədi silahlı münaqişəni mümkün qədər uzatmaqdır.
ABŞ-ın çoxsaylı raket buraxılış qurğularının Ukraynaya göndərilməsi Ukrayna hərbi texnikasının itkisini kompensasiya etməkdir və bu, prinsipcə heç nəyi dəyişməyəcək.
Rusiyanın “Buk”, “Tor” və “Panzer” sistemləri Ukrayna PUA-larının məhvində çox effektivdir”.
Qeyd edək ki, ABŞ Konqresi bu yaxınlarda ABŞ-ın Ukraynaya 700 milyon dollarlıq yeni yardım paketini təsdiqləyib. Paketə Himaras raket kompleksləri, 4 Mi-17 helikopteri, 15 taktiki maşın, 5 top əleyhinə radar, 2 hava nəzarət radarı, 1000 Javelin raketi, 6000 zirehli silah və 15000 15 mm-lik top mərmisi daxildir.

– Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bu gün verdiyi açıqlamada rus ordusunun Kiyevin ətrafında Avropadan gələn hərbi təchizat kolonuna raket zərbəsi endirdiyini bildirib. Rusiya hərbçiləri hücumda qanadlı raketlərdən istifadə edərək T-72 tank kolonunu məhv edib.
Kiyev meri Vitali Kliçko daha əvvəl Rusiyanın raket hücumu nəticəsində Darnitski və Dnepropetrovsk bölgələrində bir neçə partlayış səsinin eşidildiyini, nəticədə bir nəfərin yaralanaraq xəstəxanaya aparıldığını bildirmişdi.

Keçmiş günlərdə Ukrayna müharibəsi xəbərləri:

Gün 1Gün 2Gün 3Gün 4Gün 5Gün 6Gün 7Gün 8Gün 9Gün 10Gün 11Gün 12Gün 13Gün 14Gün 15Gün 16Gün 17Gün 18Gün 19Gün 20Gün 21Gün 22Gün 23Gün 24Gün 25Gün 26Gün 27Gün 28Gün 29Gün 30Gün 31Gün 32Gün 33Gün 34Gün 35Gün 36Gün 37Gün 38Gün 39Gün 40Gün 41Gün 42Gün 43Gün 44Gün 45Gün 46Gün 47Gün 48Gün 49Gün 50Gün 51Gün 52Gün 53Gün 54Gün 55Gün 56Gün 57Gün 58Gün 59Gün 60Gün 61Gün 62Gün 63Gün 64Gün 65 və 66Gün 67Gün 68Gün 69Gün 70Gün 71Gün 72Gün 73Gün 74Gün 75Gün 76Gün 77Gün 78Gün 80Gün 81Gün 82Gün 83Gün 84Gün 85Gün 86Gün 87Gün 88Gün 89Gün 90Gün 91Gün 92Gün 93Gün 94Gün 95Gün 96Gün 97Gün 98Gün 99Gün 100Gün 101

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir