Suriyada baş verən son hadisələr, 4 İyun 2022

Şənbə, 4 İyun 2022 - 23:52
https://az.iswnews.com/?p=8222

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə ordusu və onun dəstəklədiyi terrorçuların “Təl Tamar” şəhərinin ətrafındakı “Umm Əl-Kif” kəndinə artilleriya hücumları nəticəsində altı suriyalı əsgər yaralanıb.

1- Hələb:
– İyunun 11-də Təl Rəəfət şəhərindəki tibb mərkəzi Türkiyə ordusuna məxsus PUA tərəfindən hədəfə alınıb.
– Mayın 31-də Afrinin ətrafındakı Şərava bölgəsi Türkiyənin dəstəklədiyi terrorçularının artilleriyası hədəfinə çevrildi.
– Mayın 31-də Afrinin ətrafındakı Cəbhətuş-Şamiyyə terrorçularına məxsus avtomobilə hücum edilib. Hücum nəticəsində terrorçuların cəbhə komandirlərindən biri Əbu Əbdül Rəhman əd-Dəravi və daha üç nəfər həlak olub.
– İyunun 1-də Türkiyənin dəstəklədiyi terrorçular Eyn əl-Ərəb şəhərinin qərbində iki ərazini artilleriya atəşi ilə hədəfə alıblar.
– İyunun 1-də Təl Rəəfətin ətrafındakı Mənəğ hərbi hava limanı Türkiyənin dəstəklədiyi terrorçuların artilleriyası tərəfindən hədəfə alınıb.
– İyunun 4-də Afrinin ətrafındakı Şərava bölgəsi Türkiyənin dəstəklədiyi terrorçuların artilleriyası hədəfinə çevrildi.
– İyunun 4-də Rusiyanın bir neçə helikopteri Şahba ərazisi üzərində uçdu.

– Cendris, Mare, Afrin və Əl-Bab (Türkiyənin dəstəklədiyi terrorçuların nəzarətində olan şəhərlər) şəhərlərinin sakinləri elektrik enerjisi tariflərinin artırılmasına etiraz ediblər. Etirazlardan sonra Türkiyənin dəstəklədiyi terrorçuların atəşləri nəticəsində xeyli sayda etirazçı həlak olub və yaralanıb.

2- İdlib:
– İyunun 2-də Suriya ordusunun artilleriyası Əl-Barə qəsəbəsinin ətrafındakı terrorçuların mövqelərinə zərbələr endirib.
– İyunun 4-də bir sıra türk hərbçiləri İdlibin cənub ətraflarında M4 beynəlxalq magistral yolunda yerləşdirilib.

– İyunun 3-də Suriya ordusunun artilleriyası Fleyfil kəndindəki terrorçuların mövqelərini atəşə tutub.
– İyunun 2-də Suriya ordusu Məra ən-Nasanda terrorçuların mövqelərinə artilleriya ilə hücum edib.

3- Dəraa:
– İyunun 3-də Suriyanın təhlükəsizlik qüvvələrindən biri Tassil şəhərində naməlum silahlı şəxslər tərəfindən şəhid edilib.
– Mayın 30-da Seyda şəhərində suriyalı vəkil naməlum silahlılar tərəfindən qətlə yetirilib.

4- Deyr az-zor:
– İyunun 1-də ABŞ koalisiyasının hava təchizatları Koniko qaz stansiyası üzərində uçdu.
– İyunun 1-də Əl-Sican neft yatağının kənarında Suriya Demokratik Qüvvələrinə məxsus avtomobilə naməlum şəxslərin hücumu nəticəsində iki SDF qüvvəsi həlak olub.

5- Raqqa:
– İyunun 1-də Türkiyənin dəstəklədiyi terrorçular M4 magistralını və Eyn-İsa şəhərinin ətrafını artilleriya ilə hədəfə aldılar.
– İyunun 1-də Suriya Demokratik Qüvvələrinin (SDQ) Təl Əbyəd şəhərində bazara atdığı artilleriya mərmiləri nəticəsində iki nəfər həlak olub, bir neçə nəfər yaralanıb.
– İyunun 1-də Raqqanın cənub-qərbində Suriya ordusunun 17-ci diviziyası qüvvələrinin maşınları yolunda yerləşdirilmiş bomba qurğusunun partlaması nəticəsində bir suriyalı əsgər şəhid olub.
– İyunun 3-də Rusiya qırıcıları Raqqanın cənub-qərbindəki Rəssafə bölgəsində İŞİD-in sığınacaqlarına hücum edib.

6- Həsəkə:
– Mayın 31-də Türkiyə ordusuna məxsus PUA Təl Tamar şəhəri üzərində uçarkən görünüb.
– Mayın 31-də Suriya ordusu qüvvələri ABŞ koalisiyasının karvanının Qamışlı şəhərinin cənubundakı Təl Zəhab kəndindən keçməsinin qarşısını alıb.
– İyunun 1-də Amerika koalisiyasının karvanı, o cümlədən 30 maşın əl-Şəddadi bazasına daxil oldu.
– İyunun 4-də Türkiyə ordusu və onun himayəsində olan terrorçuların Təl Tamar şəhərinin kənarındakı Umm əl-Kif kəndinə artilleriya hücumları nəticəsində altı suriyalı əsgər yaralanıb.

– İyunun 4-də Türkiyə ordusuna məxsus PUA Təl Tamar şəhəri üzərində uçuş həyata keçirib.
– İyunun 4-də Təl Tamar Hərbi Şurasının hərbi komandirlərindən Əhməd Kalaş Türkiyə ordusunun kaset bombalarından istifadə edərək Umm əl-Kif kəndini hədəf aldığını iddia edib.

– İyunun 4-də ABŞ koalisiya qüvvələri Hasəkənin şimal-şərqində yerləşən Ramilan şəhərinin kənarında patrul xidməti həyata keçirib.

7- Həma:
İyunun 3-də Qalidin bölgəsində terroçuların mövqeləri Suriya ordusunun artilleriyasının hücumuna məruz qalıb.

8- İyunun 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkənin Suriyanın Təl-Rəəfət və Mənbic şəhərlərini ələ keçirməyə yönəlmiş hərbi əməliyyata başlamaq niyyətində olduğunu bəyan edib. O, daha sonra deyib: “Təl-Rəəfət və Mənbici terrorçulardan təmizləyəcəyik!”

9- İyunun 4-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Ədalət və İnkişaf Partiyasının 30-cu toplantısının açılışında demişdir: “Cənub sərhədlərimizdə təhlükəsizlik xəttinin çatışmazlıqlarını yeni əməliyyatlarla aradan qaldırmaq üçün diqqətlə tədqiqat aparırıq.”

Keyfiyyətli xəritə

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.