Yəməndə baş verən son hadisələr, 4 İyun 2022

Şənbə 4 İyun 2022 - 23:22
https://az.iswnews.com/?p=8206

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Yəmən xalqı Ənsarullahın şəhid olmuş lideri “Seyyid Hüseyn Bədruddin əl-Husi”nin “Hegemonların başına qışqırın” adlı nümayişə dəvətinin ildönümündə Ənsarullahın nəzarətindəki vilayətlərdə toplaşaraq yürüş keçirib.

1- Səna:
Yəmənin Neft Nazirliyi istefa vermiş hökumətin Əl-Əqla neft yatağını Avstriya şirkətinə satmasını qınayıb və xarici şirkətləri Yəmən hökumətinin rəsmi icazəsi olmadan hər hansı sövdələşməyə qarşı xəbərdarlıq edib.

2- Ədən:
Yerli mənbələrin məlumatına görə, Səudiyyə koalisiyası Ədən şəhərinin təhlükəsizliyini təmin etmək məsuliyyətini istefa vermiş hökumətin ordu komandiri “Səğir bin Əziz”in komandanlığında olan Yəmən Əs-Səid qüvvələrinə təhvil verib. Bu qüvvələr “İdrus Əl-Zubaidinin” komandanlığı altında Cənub Keçid Şurasının qüvvələrini əvəz edəcək.

3- Əbyən:
Cənub Keçid Şurası iddia edib ki, Ənsarullah qüvvələri cümə günü, iyunun 3-ü günorta saatlarında Ceyşan şəhərinin mərkəzinə daxil olublar. Açıqlamaya görə, qüvvələr bir neçə saat sonra bölgədən Ənsarullah müdafiə xəttlərinə tərəf geri çəkilib. Ənsarullah hələ ki, məsələyə münasibət bildirməyib.

4-Səədə:
Səudiyyə koalisiya qüvvələrinin Kətaf şəhərinin Əbu Cabara məntəqəsinə yerləşdirdiyi minanın partlaması nəticəsində 1 nəfər şəhid olub, 4 nəfər yaralanıb.

5- Əl-Hudəydə:
Səudiyyə koalisiya qüvvələri son 24 saat ərzində atəşkəs rejimini 104 dəfə pozub.

6- Yəmən Neft Şirkəti: Təxminən 23 min ton mazut və 7 min tondan çox dizel daşıyan “Foss Power” gəmisinin düşmən koalisiyası tərəfindən BMT-dən yoxlama və giriş icazəsi almasına baxmayaraq müsadirə edildi.

7- Yəmənin qurtuluş hökumətinin hərbi komitəsi Təiz şəhəri və digər Yəmənin əyalətlərinin yollarının açılmasına dair danışıqların ikinci mərhələsini keçirmək üçün İordaniyanın paytaxtı Əmmana səfər etdi.

8- İyunun 3-də Yəmən xalqı “Hegemonların başına qışqırın” gününün ildönümü münasibəti ilə Ənsarullahın nəzarəti altında olan vilayətlərdə yürüş keçirib. Bu günün əsası 2002-ci ildə şəhid “Seyyid Hüseyn Bədruddin əl-Husi” tərəfindən qoyulub və Yəmən xalqı hər il bu münasibətlə bir araya gələrək məşhur şüarlar səsləndirir: Allahu Əkbər, Amerikaya ölüm, İsrailə ölüm və Yəhudilərə lənət.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir