Hələbin şimal cəbhəsindən ən son xəbərlər, 4 İyun 2022

Şənbə, 4 İyun 2022 - 21:44
https://az.iswnews.com/?p=8199

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə rəsmilərinin Suriyanın şimalında hərbi əməliyyatların başlaması ilə bağlı təhdid dolu sözləri ilə eyni vaxtda Suriya ordusunun bir sıra qüvvələri Təl Rəəfət şəhərinə və Mənəğ hərbi hava limanına göndərilib.

İyunun 2-də Türkiyə ordusu və onun dəstəklədiyi terrorçuların Suriyanın şimalında geniş hərəkətlərindən sonra Suriya ordusu qüvvələri Rusiya helikopterlərinin dəstəyi ilə Təl Rəəfət şəhərinə və Mənəğ hərbi hava limanına yeni texnika köçürüb.
Bu addım Suriya ordusunun daha əvvəl kürd silahlı birləşmələri ilə Təl Rəəfət şəhərinə və Mənəğ hava limanına qoşun və hərbi texnika göndərmək barədə razılığa gəldiyini göstərir. Suriya ordusu karvanının Rusiya helikopterləri vasitısi ilə müşayiəti də rusların Türkiyənin mümkün əməliyyatına hələ də yaşıl işıq yandırmadığından xəbər verir.

Mənbic cəbhəsindəki vəziyyət Təl Rəəfət cəbhəsindən bir qədər fərqlidir, çünki indiyədək Suriya Demokratik Qüvvələri (SDQ) Suriya ordusu qüvvələrinin Mənbic şəhərinə daxil olmasına razılıq verməyib və bu qərar Mənbic şəhərinin Türkiyənin gələcək əməliyyatlarında ön planda olmasına gətirib çıxarır.

Ərdoğan Türkiyə ordusunun Suriyanın şimalında əməliyyatı başlamasından bir halda danışır ki, beynəlxalq ictimaiyyət bu addımın əleyhinədir. Bununla bağlı ABŞ-ın BMT-dəki nümayəndəsi Linda Tomas Qrinfild ABŞ-ın Türkiyənin Suriyanın şimalındakı əməliyyatına qarşı olduğunu açıqlayıb.
Birləşmiş Ştatlar Türkiyənin Suriyanın şimalında yeni əməliyyatına razılıq verərsə, ABŞ-ın Suriyadakı əsas müttəfiqləri olan Suriya Demokratik Qüvvələrinin (SDQ) dəstəyini itirəcəyini və kürd silahlılarının ABŞ-dan sonra Suriya mərkəzi hökuməti ilə müttəfiq olacaqlarını yaxşı bilir.

Rusiya hava təchizatlarının Hələbin şimalındakı ərazilər üzərində uçuşlarını davam etdirməsini və Türkiyənin dəstəklədiyi terrorçularla təmas xəttləri boyunca Suriya qoşunlarının müşayiətini nəzərə alaraq, Rusiya da Ərdoğanın qərarına qarşıdır.

Bu hərəkətlərlə eyni vaxtda İdlibdə yerləşən terrorçuların sıralarında da hərəkətlər müşahidə olunub. Terrorçular qüvvə və texnikalarının bir hissəsini İdlibin şimal-şərqində və Hələbin qərbində Suriya ordusu ilə təmas xəttindəki bölgələrə köçürdüyü bildirilir. Bu hərəkətləri nəzərə alsaq, çox güman ki, Türkiyə ordusu və ona bağlı terrorçuların Suriyanın şimalında əməliyyatlara başlaması ilə eyni vaxtda terrorçular Hələbin qərbində Suriya ordusunun mövqelərini ələ keçirmək üçün hücumlara keçəcəklər.

Keyfiyyətli xəritə

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.