Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Yüzüncü Günü, 3 İyun 2022

Cümə, 3 İyun 2022 - 14:33
https://az.iswnews.com/?p=8162

– Rusiyaya qarşı Avropa sanksiyalarının altıncı paketi təsdiqləndi!
Lüksemburqda keçirilən Avropa Sammiti zamanı Rusiyaya qarşı Avropa sanksiyalarının altıncı paketi təsdiqlənib. Paketə bəzi rusiyalı məmurların və kapitalistlərin aktivlərinin müsadirə edilməsi, Rusiyadan dəniz yolu ilə neft idxalına qadağa, Rusiyadan neft idxalının 92% azalması, Rusiyanın neft sektoruna xidmətlərə qadağa, 3 Rusiya bankı və 1 Belarus bankının Swift İnternational-a çıxışlarının məhdudlaşdırılması, Rusiyaya ixraca qadağa və reklam fəaliyyəti ilə məşğul olan üç Rusiya KİV-nə qadağalar daxildir.
Macarıstan, Slovakiya və Çexiyaya Rusiya neftindən çox asılı olduqlarına görə Drujba boru kəməri ilə neft idxalına icazə veriləcək.
Avropa Birliyinin əksər üzvləri Rusiyanın Ukraynaya hərbi hücumunu dəstəklədiyinə görə Rus Pravoslav Kilsəsinin I Kiril yepiskopunu boykot etməyə çağırsalar da, Macarıstan bu boykotdan əl çəkdiyinə görə bu sanksiya təsdiqlənməyib.

– Ukrayna Ordusu Baş Qərargahının Severodonetsk və Xarkov cəbhələrindən hesabatı:
“Rusiya Slovenskə hücum etmək üçün 20 taktiki batalyon cəmləyib. Rusiya qüvvələrinin Xarkov vilayətində Barvinko və Luzova cəbhələrində son hücumu uğursuzluqla nəticələnib. Lakin onlar Luqansk vilayətinin Severodonetsk şəhərində nəyəsə nail olublar”.
Ukrayna mətbuatının məlumatına görə, Severodonetskdə Ukrayna qüvvələrinin son məğlubiyyətindən sonra xarici legion bölmələri Severodonetsk döyüşünə daxil olub və hazırda Severodonetsk şəhərinin qərb yarısında şiddətli döyüşlər gedir.
Rus artilleriyasının bombardmanı ağırdır və Severodonetsk döyüşlərində rus ordusunun üstünlüyünü nəzərə alsaq, xarici qüvvələrin əsir düşməsi və itkisi ehtimalı çox yüksəkdir. Aşağədakı videolar bu qüvvələrin Severodonetsk şəhərinə gəlişi və şəhərin qərbində Ukrayna qüvvələrinin mövqelərinə qarşı Rusiyanın böyük həcmdə bombardman etməsi ilə bağlıdır.

– Kadırov: Ukraynada əməliyyatlar sürətlənəcək!
İyunun 2-də Çeçenistan prezidenti Ramzan Kadırov Moskvaya işgüzar səfəri çərçivəsində Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.
Sergey Şoyqu ilə görüşdən sonra Ramazan Kadırov bildirib ki, Rusiya müdafiə naziri taktikanın təkmilləşdirilməsini tələb edən yeni əmrlər verib. Görülən tədbirlər hücum manevrlərinin effektivliyini əhəmiyyətli dərəcədə artırmağa və xüsusi əməliyyatların daha sürətlə davam etdirilməsinə imkan yaradır.
O, daha sonra əlavə edib ki, Rusiya müdafiə naziri ondan çeçen hərbçilərinə Ukrayna ordusu ilə mübarizədə mühüm töhfələrinə görə səmimi təşəkkür etməyi xahiş edib.
Qeyd edək ki, çeçen qüvvələri Mariupol, Severodonetsk şəhərlərində, eləcə də Kiyev cəbhələrində Ukrayna hərbçiləri ilə döyüşdə əsas rol oynayıb.

– Xarkov cəbhəsində Ukrayna qüvvələrinin nəzarətində olan ərazilərə Rusiyanın Krasnopol lazerlə idarə olunan güllələrin binaya dəyməsinin videosu.

Keçmiş günlərdə Ukrayna müharibəsi xəbərləri:

Gün 1Gün 2Gün 3Gün 4Gün 5Gün 6Gün 7Gün 8Gün 9Gün 10Gün 11Gün 12Gün 13Gün 14Gün 15Gün 16Gün 17Gün 18Gün 19Gün 20Gün 21Gün 22Gün 23Gün 24Gün 25Gün 26Gün 27Gün 28Gün 29Gün 30Gün 31Gün 32Gün 33Gün 34Gün 35Gün 36Gün 37Gün 38Gün 39Gün 40Gün 41Gün 42Gün 43Gün 44Gün 45Gün 46Gün 47Gün 48Gün 49Gün 50Gün 51Gün 52Gün 53Gün 54Gün 55Gün 56Gün 57Gün 58Gün 59Gün 60Gün 61Gün 62Gün 63Gün 64Gün 65 və 66Gün 67Gün 68Gün 69Gün 70Gün 71Gün 72Gün 73Gün 74Gün 75Gün 76Gün 77Gün 78Gün 80Gün 81Gün 82Gün 83Gün 84Gün 85Gün 86Gün 87Gün 88Gün 89Gün 90Gün 91Gün 92Gün 93Gün 94Gün 95Gün 96Gün 97Gün 98Gün 99

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.