İraqda baş verən son hadisələr, 1 İyun 2022

Çərşənbə, 1 İyun 2022 - 21:34
https://az.iswnews.com/?p=8121

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Həşd-Şəəbi təşkilatının qüvvələri Mosulun cənubunda şübhəli əraziləri təmizləmək və İŞİD ünsürlərini təqib etmək üçün təhlükəsizlik əməliyyatına başlayıb.

1- Neynəva:
– Mayın 30-da Mosulun ətrafında İraq təhlükəsizlik qüvvələri tərəfindən üç İŞİD əməliyyatçısı həbs edilib.
– Mayın 31-də Həşd-Şəəbi təşkilatının qüvvələri Mosulun cənubunda şübhəli əraziləri təmizləmək və İŞİD ünsürlərini təqib etmək üçün təhlükəsizlik əməliyyatına başlayıb.

2- Kərkük:
– Mayın 26-da Əl-Rəşad məntəqəsinin ətrafında İraq təhlükəsizlik qüvvələri ilə toqquşma zamanı 3 İŞİD üzvü öldürülüb.

3- Əl-Ənbar:
– Mayın 30-da Beynəlxalq Müqavimət dəstəsi ABŞ-ın Eyn əl-Əsəd bazasındakı hərbi mövqelərini hədəfə almaq üçün 6 ədəd 122 mm-lik raketdən istifadə etdi.
– Mayın 29-da İraq təhlükəsizlik qüvvələri Əl-Ənbar vilayətində iki İŞİD üzvünü həbs edib.
– Mayın 27-də Əl-Ənbar vilayətində İraq təhlükəsizlik qüvvələri tərəfindən İŞİD-in bir əməliyyatçısı həbs edilib.

4- Səlahəddin:
– Mayın 26-da Səlahəddin əyalətində amerikalı işğalçıların logistik karvanı İraq müqavimət dəstələri tərəfindən hədəfə alınıb.
– İyunun 1-də Səlahəddinin cənubundakı Avinat bölgəsində İŞİD ünsürlərindən biri Həşd-Şəəbi qüvvələri tərəfindən həbs edilib.

5- Diyalə:
– Mayın 29-da İraq ordusunun Həmrin dağlarına endirdiyi hava hücumunda 3 İŞİD üzvü öldürülüb.
– Mayın 29-da Həmrin dağlarında 3 mülki vətəndaşın şəhadətinə səbəb olan terror aktını törədən bir İŞİD əməliyyatçısı İraq təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
6- Mayın 30-da Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında “Qıfıl Pəncəsi” əməliyyatı zamanı daha iki türk əsgərinin həlak olduğunu açıqladı.

7- İranın Bağdaddakı səfiri Məhəmməd Kazım Ali-Sadiq İraq parlamentinin sionist rejimlə münasibətlərin normallaşdırılmasını qadağan edən qanunun qəbulunu tarixi və qürurverici bir hadisə hesab edib.

8- İyunun 1-də İraq Hərbi Sənaye Təşkilatı “Babil Koltu” adlı tapança istehsal xəttinin işə salındığını və önümüzdəki iki ay ərzində 10.000 ədəd bu tapançadan istehsal ediləcəyini açıqladı.

9- İyunun 1-də İraq Hərbi Sənaye Təşkilatı elan etdi: Ölkənin “Şahin-1” adlı ilk yerli PUA-sı İraq səmasında uçub. İraqın Hərbi Sənaye Təşkilatının rəhbəri Məhəmməd Sahib əd-Dərəcinin sözlərinə görə, PUA 30 kilometr mənzillə malik və dörd kilometr yüksəklikdə uça bilir.

10- Mayın 25-də Həşd-Şəəbi təşkilatının rəhbəri Faleh əl-Fəyyaz, Həşd-Şəəbi qərargahının rəhbəri Əbu Fədak əl-Məhəmmədavi və İran İslam Respublikasının İraqdakı səfiri Məhəmməd Kazım Ali-Sadiq İranın Bağdaddakı səfirliyində görüşüblər.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.