Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Doxsan Səkkizinci Günü, 1 İyun 2022

Çərşənbə 1 İyun 2022 - 20:00
https://az.iswnews.com/?p=8101

– Ukrayna qüvvələrinin Severodonetsk şəhərinin mərkəzi hissəsindən geri çəkilmələri davam edir. Bu videoda Rusiya ordusunun çeçen qüvvələri Severodonetsk şəhərinin mərkəzində Dövlət Təhlükəsizlik Təşkilatının binasının kənarında görünür.
Severodonetskin digər mərkəzi və cənub hissələrində də toqquşmalar davam edir, Rusiya artilleriyası Ukrayna qüvvələrinə dəstəyi zəiflətmək üçün Severodonetsk-Lısiçansk kommunikasiya xəttini atəşə tutur.
Onlayn xəritədə baxın

– Rus qoşunları Limanın şimalındakı Yarva bölgəsini nəzarətə götürərək Svyatohirsk şəhərinə çatıblar. Rusiya qoşunları ilə Ukrayna ordusu arasında toqquşmalar indi Svyatohirsk şəhərinin ətrafında davam edir.
Onlayn xəritədə baxın

– Rusiya ordusu Severodonetsk şəhərinin təmizlənməsi əməliyyatını davam etdirir. Rusiya ordusu və müttəfiqlərinin Severodonetsk şəhərində keçirdiyi əməliyyatdan sonra şəhərin mərkəzindəki demək olar ki, bütün yaşayış məntəqələri və binalar Rusiya ordusunun nəzarətinə keçib. Şəhərin qərb və cənubundakı sənaye bölgələrində ara-sıra toqquşmalar davam edir. Ukrayna mənbələrinin məlumatına görə, Ukrayna ordusunun böyük hissəsi Severodonetsk şəhərindən geri çəkilib və geri çəkilmə əməliyyatını əhatə edən yalnız bir neçə bölmə hələ də şəhərdə mövcuddur.
Onlayn xəritədə baxın

– Popasnayanın şimalında Zolote-Popasnaya cəbhəsindəki Komişuvaxa kəndində Rusiya ordusu ilə Ukrayna qüvvələri arasında toqquşmalar davam edir. Rus mənbələri rus ordusunun kəndin 80%-nə nəzarət etdiyini bildirir. Kəndin ələ keçirilməsi Popasnayanın şimal cinahının təhlükəsizliyini təmin edəcək və şərqdən Zolotedəki Ukrayna qüvvələrinə təzyiq göstərəcək.
Komişuvaxanın onlayn xəritəsinə baxın

– Zolotenin şimalında, Toşkivka kəndinin qərb hissəsində toqquşmalar davam edir. Rus qüvvələri Ustynivka kəndinə də hücum edib. Rusiyanın bu iki kəndi ələ keçirməsi sonda Lısiçanska gedən cənub yolunun bağlanmasına gətirib çıxaracaq.
Toşkivka və Ustynivkanın onlayn xəritəsinə baxın

– Almaniya Ukraynaya müdafiə sistemi göndərir
Almaniya kansleri Olaf Şults Bundestaqdakı (Almaniya mərkəzi parlamenti) çıxışında Ukraynaya IRIS-T SL müdafiə sistemlərinin göndərildiyini açıqlayıb.
Şults çıxışı zamanı dedi: “Müasir IRIS-T SL müdafiə sistemlərinin köməyi ilə Ukrayna böyük bir şəhəri Rusiyanın hava zərbələrindən qoruya bilər. Almaniya Ukraynaya düşmənin haubitsalarını, minaatanlarını və reaktiv yaylım atəş sistemlərini aşkar edə bilən radar qərargahı ilə təmin edəcəyinə söz verib. Biz ABŞ-la razılaşdırılaraq Ukraynaya bir neçə reaktiv yaylım atəşi sistemi göndərəcəyik”.
IRIS-T raketi Almaniyanın hava-hava tipli raketidir və onun bir versiyası IRIS-T SL yerüstü müdafiə sistemi formasında istifadə olunur. Bu sistem üç versiyada istehsal olunur: IRIS-T SLM, IRIS-T SLS və IRIS-T SLX, müvafiq olaraq qısa mənzilli, orta mənzilli və uzun mənzilli. Almaniyadan başqa bu sistemdən İsveç, İtaliya, Yunanıstan, İspaniya və digər Avropa ölkələri də istifadə edirlər.

– Ukrayna mətbuatı Ukraynanın şərqindəki Luqansk vilayətinin ətrafında Rusiya ordusuna məxsus “Orlan-10” PUA-nın məhv edilməsi barədə məlumat yayıb.
Bu dron üzərində Rusiya Fövqəladə Hallar Nazirliyinin emblemi olan ikinci drondur. Ukrayna KİV-lərinin verdikləri xəbərə əsasən, bu, müharibə zamanı Ukrayna ordusu tərəfindən vurulan 57-ci “Orlan 10” PUA-sıdır.

Daha çox oxuyun: Hərbi Məlumat: Orlan-10 PUA-sı

Keçmiş günlərdə Ukrayna müharibəsi xəbərləri:

Gün 1Gün 2Gün 3Gün 4Gün 5Gün 6Gün 7Gün 8Gün 9Gün 10Gün 11Gün 12Gün 13Gün 14Gün 15Gün 16Gün 17Gün 18Gün 19Gün 20Gün 21Gün 22Gün 23Gün 24Gün 25Gün 26Gün 27Gün 28Gün 29Gün 30Gün 31Gün 32Gün 33Gün 34Gün 35Gün 36Gün 37Gün 38Gün 39Gün 40Gün 41Gün 42Gün 43Gün 44Gün 45Gün 46Gün 47Gün 48Gün 49Gün 50Gün 51Gün 52Gün 53Gün 54Gün 55Gün 56Gün 57Gün 58Gün 59Gün 60Gün 61Gün 62Gün 63Gün 64Gün 65 və 66Gün 67Gün 68Gün 69Gün 70Gün 71Gün 72Gün 73Gün 74Gün 75Gün 76Gün 77Gün 78Gün 80Gün 81Gün 82Gün 83Gün 84Gün 85Gün 86Gün 87Gün 88Gün 89Gün 90Gün 91Gün 92Gün 93Gün 94Gün 95Gün 96Gün 97

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir