İraqın Eyn əl-Əsəd bazasındakı ABŞ hərbçilərinin mövqelərinə raket zərbəsi endirilib

Çərşənbə axşamı, 31 May 2022 - 15:54
https://az.iswnews.com/?p=8046

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, amerikalı işğalçılarının Əl-Ənbar əyalətindəki Eyn əl-Əsəd bazasındakı mövqelərinin Beynəlxalq Müqavimət dəstəsinin raket hücumu ilə hədəfə alındığı bildirilib.

Mayın 30-da Eyn əl-Əsəd bazası altı 122 millimetrlik raketlə hədəfə alınıb. Müdafiə sistemlərinin raketlərin qarşısını ala bilmədiyi bildirilir. Hələlik bu hücumun mümkün dağıntıları və tələfatları barədə məlumat verilməyib.

Beynəlxalq Müqavimət dəstəsi bu hadisənin məsuliyyətini öz üzərinə götürüb və verdiyi bəyanatda bildirib: ABŞ-ın Eyn əl-Əsəddəki bazasına 122 mm-lik 6 raket vuruldu.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin araşdırmalarına əsasən bu, İraq müqavimət dəstələrinin Amerika işğalçılarına qarşı 4-cü dron-raket hücumudur.

Bu, 2021 martın 21-dən bəri Əl-Ənbar vilayətində amerikalı işğalçıların karvanlarına və mövqelərinə qarşı 34-cü hücumdur.

Daha çox oxuyun:
İnfoqrafik: İraq müqavimət dəstələri
İnfoqrafik: 2021-ci ildə İraq Müqavimət Dəstələrinin Amerika qüvvələrinə qarşı əməliyyatları

İraq təhlükəsizlik qüvvələri tərəfindən raketlərin atılan yeri müəyyən edilib.
Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.