İsrailin baş naziri: İranın toxunulmazlıq dövrü bitdi!

Çərşənbə axşamı, 31 May 2022 - 08:47
https://az.iswnews.com/?p=8043

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejimin baş naziri Naftali Bennet Tehranda şəhid Səyyad Xodainin qətlinə görə məsuliyyəti dolayısı ilə öz üzərinə götürüb.

Mayın 29-da sionist rejimin baş naziri Naftali Bennet deyib: Əvvəllər dediyimiz kimi, İran rejiminin toxunulmazlıq dövrü başa çatıb. Terrorçulara pul və silah verən və onları əməliyyatlara göndərən bütün xərcləri ödəməlidir.
O əlavə edib: Uzun illər İran rejimi öz qrupları və onun əvəzinə iş görəcək şəxsləri vasitəsilə İsrail və regionu terror təhlükəsi ilə qarşı-qarşıya qoyub, lakin İlbizin başı olan İranın özü müəyyən qədər toxunulmaz qalıb!
İsrailin baş nazirinin sözlərinə görə, İranın Səyyad Xodainin qətli ilə bağlı sionistlərə intiqam cavabı sərt olmasa, rejim tanınmış və nüfuzlu şəxslərə qarşı sui-qəsd siyasətini davam etdirəcək.

Digər tərəfdən, İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Səlami şəhid Həsən Səyyad Xodainin ailəsi ilə görüşündə deyib: Sionistlər tərəfindən şəhid olan şəhidlər, ən pis insanlar tərəfindən şəhid olduqları üçün, məqamları daha yüksək olan çox yüksək rütbəli şəhidlərdir. İnşallah, onun qisasını düşmənlərdən alacağıq.

İran rəsmiləri və komandirlərinin bəyanat və mövqelərindən sonra sionist rejimin Daxili Təhlükəsizlik Şurası İsrailin Türkiyəyə səfəri ilə bağlı xəbərdarlıq edib. İsrail mediası Türkiyəyə səfər etmək niyyətində olanlara müraciət edib: Diqqətlərinizi artırın və lazımi tədbirləri görün. İranla həmsərhəd olan digər ölkələr də bu günlərdə israillilər üçün yüksək səviyyədə təhlükə yaradır.

Sionist rejim İranın Tehranda Şəhid Xodainin şəhadətinə cavab olaraq hərəkətlərindən ciddi şəkildə narahat olduğu üçün bu xəbərdarlıqlar İranın hər hansı hücumu və cavab əməliyyatından qorxaraq edilib.

Daha çox oxuyun:
SEPAH-ın Qüds qolunun üzvü Tehranda şəhid edilib + FOTO və VİDEO

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.