Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Doxsan Altıncı Günü, 30 May 2022

Bazar ertəsi, 30 May 2022 - 18:52
https://az.iswnews.com/?p=8014

– Donetskin bəzi ölkələr tərəfindən tanınmasına çalışırıq!
“Biz Donetskin tanınması üçün bir sıra ölkələrlə danışıqlar aparırıq”, – deyə Donetskin xarici işlər naziri Nataliya Nikonurova bildirib.
O bildirib ki, danışıqların nəticəsi yaxın vaxtlarda açıqlanacaq və Donetsk Xarici İşlər Nazirliyi gələn həftə bu barədə danışacaq.
Qeyd edək ki, Çeçenistan, Kuba, Venesuela, Suriya və Serbiya indiyədək iki respublika olan Luqansk və Donetsk-i rəsmi tanıyıblar.

– Rusiya mətbuatı Ukrayna ordusunun Hərbi Hava Qüvvələrinə məxsus “Su-25” qırıcısının məhv edilməsinin videosunu yayıb.
Bu mənbələrə görə, qırıcı Rusiya Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən vurulub və Denpropetrovsk vilayətinin Novaqriquruka ərazisi yaxınlığında qalıqları yerə düşüb.

– Donetskdə saxlanılan əcnəbi muzdlulara ölüm hökmü!
Donetsk Prokurorluğunda Sülh və Təhlükəsizliyə Qarşı Cinayətlərin Araşdırma mərkəzinin rəisi Viktor Qavrilov bildirib: “Baş Prokurorluq Britaniya və Mərakeşdən olan əcnəbi muzdluların cinayət işi üzrə istintaqı başa çatdırıb və bu muzdluları ölüm cəzası gözləyə bilər”.
Qavrilov əlavə edib: “Donetsk Prokurorluğu Donetsk Cinayət Məcəlləsində 34-cü maddədə nəzərdə tutulmuş cinayətləri törətməkdə şübhəli bilinən, Qrup şəklində cinayət törətmə, maddə 323; Hakimiyyəti məcburi ələ keçirmə və ya hakimiyyəti məcburi saxlama, maddə 440; Britaniya və Mərakeşli xarici muzdlular qrupuna qarşı cinayət təhqiqatını tamamlayıb“.
O deyib: “İşlər baxılmaq üçün Donetsk məhkəmələrindən birinə verilib və müharibə vaxtını nəzərə alsaq, müttəhimlər üçün ölüm hökmünün çıxarılması uzaq görsənmir”.

– Ukraynanın şərq cəbhələrində Malka 2S7M özüyeriyən haubitsasının iş prosesi.

Rusiya ordusunun qüdrətinin ən mühüm komponentlərindən biri ağır artilleriya sistemlərindən geniş istifadə olunmasıdır ki, bu da hər zaman quru münaqişələrində, xüsusən də Ukraynadakı müharibədə Rusiyanın üstünlüyünə səbəb olub. Əslində, Rusiya artilleriyasının və reaktiv yaylım atəşinin müxtəlifliyi və yüksək dəqiqliyi Rusiyanın quru qoşunlarına, Donetsk və Luqansk silahlı birləşmələrinə daha effektiv dəstək verməyə və nəticədə ukraynalıların bəzi ərazilərdən geri çəkilməsinə səbəb olub.
Maraqlıdır ki, Ukrayna prezidenti “Volodimir Zelenski” də mayın 21-də verdiyi açıqlamada bu məsələyə toxunub və Ukraynada müharibənin vəziyyətini dəyişmək üçün haubitsa və MLRS-in (reaktiv yaylım atəşi sistemləri) göndərilməsini istəmişdir.

– Severodonetsk şəhərindəki münaqişə vəziyyətinin son hərbi xəritəsi.
Severodonetsk cəbhəsindən verilən son cəbhə məlumatlarına görə, Rusiya hərbi qüvvələri medianın səssizliyi altında Severodonetsk şəhərinin mərkəzi məntəqələrinə doğru səssizcə irəliləyir. Digər cəbhələrdə də qarşıdurmalar davam edir.
Onlayn xəritədə baxın

– Bayden: Biz Ukraynaya Rusiya ərazisinə hücum edə biləcək raket sistemi verməyəcəyik!
ABŞ prezidenti Co Bayden ABŞ-ın Rusiya ərazisindəki hədəfləri vura bilən raket sistemlərini Ukraynaya göndərməyəcəyini bildirib.
Bununla bağlı Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib: “ABŞ-ın Ukraynaya Rusiya ərazisini hədəfə almağa qadir olan raket sistemlərini tədarük etməmək qərarı ağlabatan və müdriklikdir”.
O əlavə edib: “Rusiya ərazisinə hücum edilərsə, Rusiya silahlı qüvvələri bu qərarların mərkəzlərinə hücum edəcək”.

Keçmiş günlərdə Ukrayna müharibəsi xəbərləri:

Gün 1Gün 2Gün 3Gün 4Gün 5Gün 6Gün 7Gün 8Gün 9Gün 10Gün 11Gün 12Gün 13Gün 14Gün 15Gün 16Gün 17Gün 18Gün 19Gün 20Gün 21Gün 22Gün 23Gün 24Gün 25Gün 26Gün 27Gün 28Gün 29Gün 30Gün 31Gün 32Gün 33Gün 34Gün 35Gün 36Gün 37Gün 38Gün 39Gün 40Gün 41Gün 42Gün 43Gün 44Gün 45Gün 46Gün 47Gün 48Gün 49Gün 50Gün 51Gün 52Gün 53Gün 54Gün 55Gün 56Gün 57Gün 58Gün 59Gün 60Gün 61Gün 62Gün 63Gün 64Gün 65 və 66Gün 67Gün 68Gün 69Gün 70Gün 71Gün 72Gün 73Gün 74Gün 75Gün 76Gün 77Gün 78Gün 80Gün 81Gün 82Gün 83Gün 84Gün 85Gün 86Gün 87Gün 88Gün 89Gün 90Gün 91Gün 92Gün 93Gün 94Gün 95

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.