Fələstində baş verən son hadisələr, 29 May 2022

Bazar 29 May 2022 - 19:55
https://az.iswnews.com/?p=7969

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionistlərin bayraq yürüşü ilə eyni vaxtda HƏMAS-ın hərbi qolu olan Əl-Qəssam taborlarının komandanlığı bütün qüvvələrinə, xüsusən də raket, artilleriya və zirehli qüvvələrinə tam hazırlıq vəziyyətində olmalarını əmr edib.

– Bu gün mayın 29-u səhər saatlarından işğalçı sionistlər İsrail rejimi polis qüvvələrinin dəstəyi ilə Məscidül-Əqsaya basqın ediblər.

– Mayın 28-də Fələstin Müqaviməti hərbi gücünü nümayiş etdirmək üçün raket sınaqlarını davam etdirərək dənizə 20-dən çox raket atıb.
– İbranidilli medialar bu gün səhərdən bəri ən azı 1800 yəhudinin İsrail polis qüvvələrinin himayəsi altında Məscidül-Əqsaya basqın etdiyini bildiriblər.

– Bu gün mayın 29-da sionistlərin bayraq yürüşü ilə eyni vaxtda HƏMAS-ın hərbi qolu olan Əl-Qəssam taborlarının komandanlığı bütün qüvvələrinə, xüsusən də raket, artilleriya və zirehli qüvvələrinə tam hazırlıq vəziyyətində olmalarını əmr edib.

– Bu gün mayın 29-da sionist rejim Knessetinin ifratçı millət vəkili İtamar bin Guyer güclü təhlükəsizlik dəstəyi ilə Əl-Əqsa məscidinə basqın edib.

– İsrailin baş naziri Naftali Bennet hökumətin həftəlik iclasında deyib: “Qüds yalnız İsrailə məxsusdur. Bu gün biz Qüdsün heç vaxt bölünməyəcəyinə söz veririk.”

– Bu gün mayın 29-da İsrailin keçmiş baş naziri Binyamin Netanyahu işğal altındakı Qüdsdə Nüdbə divarı önündəki toplumla birgə aksiyada iştirak edib.

– Bu gün mayın 29-da Fələstin mediası son saatlarda İordan çayının qərb sahilində dörd silahlı əməliyyatda iki İsrail əsgərinin yaralandığını bildirib.

– Bu gün mayın 29-da günorta saatlarında işğal altında olan Əl-Led şəhərində sionist bayraq yürüşü başladı.

– Bu gün İsrailin Fələstini işğalının 74-cü ildönümünün qeyd edilməsi Bəhreyndə ilk dəfə İsrail səfirliyi tərəfindən yüksək səviyyəli rəsmilərin iştirakı ilə keçirilib.

– İslami Cihadın liderlərindən olan Məhəmməd Şələh Əl-Məyadin telekanalına müsahibəsində deyib: “Biz Qüdsdə baş verənləri izləyirik və qarşıdakı saatlar həlledici olacaq”.

– Bu gün ibrani mediaları işğal olunmuş Fələstinin şimalındakı Kiryat Şamuna sənaye zonasında səkkiz avtobusun tamamilə yandığını bildirib. Bu qəzanın səbəbləri araşdırılır.

– Qüdsdə İsrail hərbçiləri tərəfindən gənc fələstinli vəhşicəsinə döyülərək saxlanılıb. Həmin hadisədən görüntüləri sizə təqdim edirik.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir