İran Ordusunun 313 adlı PUA yeraltı bazası ilə tanış olun + VİDEO və FOTO

Bazar 29 May 2022 - 05:14
https://az.iswnews.com/?p=7941

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Məhəmməd Hüseyn Baqiri və ordu komandanı general-mayor Seyid Əbdül Rəhim Musəvi Zaqros dağlarında yerləşən 313 adlı PUA yeraltı bazasında olublar.

İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Məhəmməd Hüseyn Baqiri və ordunun baş komandanı general-mayor Seyid Əbdül Rəhim Musəvinin iştirakı ilə İslam Respublikasının 313 adlı PUA yeraltı bazasının döyüş qabiliyyəti İranın müxtəlif kəşfiyyat və döyüş missiyaları üçün yoxlanılıb.
Bu strateji bazada raket sistemləri və yerli bombalar və elektron döyüş sistemləri ilə silahlanmış İranın müxtəlif döyüş, kəşfiyyat və məhvetmə PUA-ları var. Bazada müxtəlif növ döyüş sursatları, bombalar, ələ keçirən və yer-hava tipli raketlər və yerli raketlərlə təchiz edilmiş 100-dən çox Kaman 22, Kaman 12, Əbabil 5, Mühacir 6, Fotros və Kərrar PUA-ları yerləşdirilib.

Bu səfər zamanı İran ordusunun əldə etdiyi digər yeni nailiyyət təqdim olunub. O cümlədən “Heydər 2 qanadlı raketi” kimi raketləri daşıya biləcək PUA-ların əməliyyatlarının məsafəsinin artırılması və həyata keçirilməsi naminə yaradılmış bu qanadlı raket təqdim olub. Həmçinin Kaman 22 PUA-sı vasitəsi ilə “Heydər 1 raketi”ndən istifadə edərək uçuş məsafəsini və əməliyyat qabiliyyətini artırmaq üçün bu raket tıqdim olunub.
Həmçinin bu bazada “Arəş” kamikadze və radar əleyhinə “Omid” PUA-ları və “Balaban” qanadlı raket, “Şəfəq”, “Qaim” və “Almas” raketləri ilə təchiz olunmuş digər növ döyüş PUA-ları yerləşdirilib və əməliyyatları həyata keçirməyə hazırdılar.

İran İslam Respublikası Ordusunun Hərbi Hava Qüvvələri bir neçə PUA batalyonuna malik olan İran İslam Respublikası Ordusunun dörd qüvvəsindən biridir. Bu batalyonlar döyüşçülərlə müxtəlif kəşfiyyat, döyüş, elektron müharibə, aldatma, kamikadze, təlim, dəstək və tamamlayıcı əməliyyatlar keçirməyə qadirdir.

General Baqirinin İran İslam Respublikası Ordusunun 313 adlı PUA bazasına səfərindən video reportaj
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir