Əfqanıstan və Pakistanda baş verən son hadisələr, 28 May 2022

Şənbə 28 May 2022 - 23:43
https://az.iswnews.com/?p=7931

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Talibanın müdafiə naziri Molla Məhəmməd Yaqub Mücahidin Nənqərhar əyalətinə səfəri zamanı sui-qəsd cəhdi uğursuzluqla nəticələnib.

1- Pəncşir:
– Mayın 22-də Talibanın müdafiə naziri Molla Məhəmməd Yaqub Mücahid Taliban silahlılarının vəziyyəti ilə tanış olmaq üçün Dərre, Xənəc və Pəryan şəhərlərinin cəbhələrinə baş çəkib.
– Mayın 26-da Taliban silahlıları Pəryan şəhərinin Karpitab və Roskap məhəllələrinə basqın edərək 20 mülki şəxsi həbs ediblər.
– Mayın 27-də Əhməd Məsud qüvvələri Dərre şəhərində baş verən qarşıdurmalarda 14 Taliban silahlısının öldürüldüyünü iddia edib.
– Mayın 27-də Taliban silahlıları Əhməd Məsud qüvvələrinin hücumlarının qarşısını almaq üçün Dərre şəhərində Abdullah Xeyl və Tondxuy ərazilərinin sakinlərindən icbari olaraq razılaşma forumu imzalatdırıblar.

2- Təxar:
– Mayın 21-də naməlum silahlı şəxslər Xacə Qar şəhərinin Səriğ bölgəsində Talibanın cəbhə komandirlərindən biri Moləvi Abadullah da daxil olmaqla, dörd Taliban silahlısını güllələyiblər.

3- Sarepol:
Mayın 25-də bir müddət əvvəl Bamyan əyalətinin kəşfiyyat idarəsindən qovulmuş Taliban Həzarasının cəbhə komandiri Moləvi Mehdi Mücahid yüksək rütbəli Taliban rəsmilərini kəskin tənqid edib. Mücahid bu yaxınlarda Bəlxaba köçüb və Talibanla siyasi qarışıqlıq içindədir.

4- Qəzni:
Mayın 22-də Əhməd Məsud qüvvələri Zənxandakı Taliban məhkəməsinin rəhbəri Moləvi Musa Samimin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Sui-qəsd onun avtomobilinin yolunda yol kənarına qoyulmuş bombanın partlaması nəticəsində baş verib.

5- Kabil:
– Mayın 27-də Molla Axtar Mansurun (keçmiş Taliban lideri) öldürülməsinin ildönümünün keçirildiyi yerdə Esteqlal hotelində törədilən partlayışda azı 3 nəfər həlak olub. İŞİD terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
– Mayın 27-də 13-cü məhəllədə Nəqqaş məhəlləsində ingilis dili tədris olunan “Star” məktəbinin binası yaxınlığında bir neçə qaz balonu partlaması nəticəsində bir mülki şəxs şəhid olub, iki mülki şəxs yaralanıb. Partlayışın səbəbi hələ müəyyən edilməyib.
– Mayın 27-də Talibanın baş nazirinin müavini Molla Əbdül Qəni Bəradər Birləşmiş Ərəb Əmirlikləri ilə Əfqanıstanın hava limanlarını idarə etmək üçün təhlükəsizlik sazişi imzaladığını açıqlayıb.
– Mayın 27-də Taliban silahlıları Kabildə qadınların etiraz aksiyasını yatırdıblar.

6- Nənqərhar:
– Mayın 27-də Sorxrud şəhərində Taliban silahlılarının gəlin və bəyi aparan avtomobili atəşə tutması nəticəsində 3 nəfər yaralanıb.
– Mayın 28-də Nənqərhar əyalətində Talibanın müdafiə naziri Molla Məhəmməd Yaqub Mücahidin olduğu yerə kamikadze hücumu nəticəsində 10-dan çox adam ölüb və yaralanıb. Yerli mənbələrin məlumatına görə, Molla Yaqub sui-qəsddən sağ çıxıb. Hücumun əsas günahkarları arasında İŞİD terror qruplaşması və Həqqani şəbəkəsi ehtimal edilir.

Nənqərhar əyalətində Molla Məhəmməd Yaqub Mücahidin olduğu yerdə kamikadzenin özünü partlamasından bir neçə dəqiqə sonra

7- Pakistan:
– Mayın 25-də Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Pakistan ordusunun komandanı Qəmər Cavid Bacva ilə görüşərək iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər.
– Mayın 25-də Pakistan polisi İslamabad şəhərinə gedən yolları bağlayıb və gözyaşardıcı qazdan istifadə edərək İmran Xan tərəfdarlarının aksiya və nümayişlərinin qarşısını alıb.
– İmran Xan Pakistan parlamenti yaxınlığındakı Cinnah küçəsində tərəfdarlarının mitinqində deyib: “Hökumət parlamenti dağıtmaqla birgə altı gün ərzində ümumi və təzə seçkilərin vaxtını elan etməlidir. Əks halda İslamabada 2 milyon insanla qayıdacağam”.
– Mayın 27-də Pakistanın baş naziri Şahbaz Şərif Höccətülislam və Müslümin Rəisiyə göndərdiyi mesajda İranın Bəlucistanın Şirani bölgəsində meşə yanğınları ilə mübarizədə göstərdiyi yardımı yüksək qiymətləndirib və İran hökumətinə təşəkkür edib. Yanğının qarşısını almaq üçün İran SEPAH Hərbi Hava Qüvvələrinə məxsus İlyuşin-76 yanğınsöndürmə təyyarəsini bölgəyə göndərmişdir.

Daha çox oxuyun:
Əfqanıstanda və Pakistanda baş verən son hadisələr, 21 May 2022
Kabil və Məzari-Şərifdə baş verən son terror aktlarının təfərrüatları + FOTO və VİDEO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir