Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Doxsan Dördüncü Günü, 28 May 2022

Şənbə 28 May 2022 - 17:22
https://az.iswnews.com/?p=7905

– Rusiya ordusu və Luqansk (LXR) qüvvələri Baxmut cəbhəsinə hücumlarını bərpa edib. Hazırda Klinoe və Pokroske bölgələrində Rusiya və Ukrayna qüvvələri arasında şiddətli toqquşmalar gedir.
Onlayn xəritədə baxın

– Liman cəbhəsindəki onlayn xəritə yeniləndi!
Rusiya qüvvələri Liman qəsəbəsini tam nəzarətə götürüb.
Onlayn xəritədə baxın

– Donetsk vilayətinin şimal cəbhəsindən “Maxar” peyk şirkətinin havadan çəkilmiş görüntülərində Rusiya ordusunun artilleriya və hərbi karvanlarını Kolodiazi bölgəsindən Limana köçürdüyü görünür.
Şəkillərin birində Liman qəsəbəsinin şərqindəki yaşayış məntəqələrinin ətrafındakı torpaqlarda rus ordusunun irimiqyaslı artilleriya bombardmanını görmək olar. Bu ərazilər çox güman ki, Ukrayna ordusunun Limanın kənarındakı müdafiə xəttinin bir hissəsi idi.

Onlayn xəritədə ərazinin yeri

– Popasnaya şəhərində müharibədən əvvəl və sonrakı vəziyyətin Maxar peyk şirkətinin havadan çəkdiyi şəkillər.
Popasnaya şəhəri Luqansk vilayətinin qərb hissəsində yerləşir və Çeçenistan prezidenti Ramzan Kadırov mayın 8-də Rusiya ordusu və çeçen qüvvələrinin bu şəhəri tam ələ keçirdiyini bəyan etmişdir.
Popasnayanın onlayn xəritədəki mövqeyi

– Ukrayna artilleriyasının Zaporojye vilayətinin şimal-şərqindəki Pryotne kəndində rus mövqelərini atəşə tutmasının videosu.
Rus ordusu və Donetsk (DXR) qüvvələrinin Ukraynanın cənub vilayətlərinə hücumları zamanı 21 may-da Zaporojye vilayətinin şimal-qərb kəndləri, o cümlədən Pryotne kəndi də rus qoşunları tərəfindən nəzarətə götürülmüşdür.

Pryotne-nin onlayn xəritədəki yeri

Keçmiş günlərdə Ukrayna müharibəsi xəbərləri:

Gün 1Gün 2Gün 3Gün 4Gün 5Gün 6Gün 7Gün 8Gün 9Gün 10Gün 11Gün 12Gün 13Gün 14Gün 15Gün 16Gün 17Gün 18Gün 19Gün 20Gün 21Gün 22Gün 23Gün 24Gün 25Gün 26Gün 27Gün 28Gün 29Gün 30Gün 31Gün 32Gün 33Gün 34Gün 35Gün 36Gün 37Gün 38Gün 39Gün 40Gün 41Gün 42Gün 43Gün 44Gün 45Gün 46Gün 47Gün 48Gün 49Gün 50Gün 51Gün 52Gün 53Gün 54Gün 55Gün 56Gün 57Gün 58Gün 59Gün 60Gün 61Gün 62Gün 63Gün 64Gün 65 və 66Gün 67Gün 68Gün 69Gün 70Gün 71Gün 72Gün 73Gün 74Gün 75Gün 76Gün 77Gün 78Gün 80Gün 81Gün 82Gün 83Gün 84Gün 85Gün 86Gün 87Gün 88Gün 89Gün 90Gün 91Gün 92Gün 93

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir