“TEKNOFEST Azərbaycan”ın ikinci günündə hava şousu nümayiş olunub + FOTO

Cümə 27 May 2022 - 16:43
https://az.iswnews.com/?p=7878

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi AZƏRTACA istinadən xəbər verir ki, “TEKNOFEST Azərbaycan”ın ikinci günündə hava şousu nümayiş olunub.

Azərbaycan Hərbi Hava Qüvvələrinin “SU-25” (5 ədəd) və “MiQ-29” (2 ədəd) qırıcı təyyarələri və hərbi helikopterlərinin, eləcə də Türkiyənin “Solotürk” (2 ədəd F16), “Türk Ulduzları” (5 ədəd F5) və “Hürkuş” aerobatika komandalarının, ATAK helikopterlərinin və AKINCI PUA-sının iştirakı ilə hava şouları təşkili edilib.

Qeyd edək ki, may ayının 28-i xüsusi keçidin, festival boyu hər gün isə pilotaj uçuşlarının həyata keçirilməsi planlaşdırılır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir