Suriyada baş verən son hadisələr, 26 May 2022

Cümə axşamı, 26 May 2022 - 23:17
https://az.iswnews.com/?p=7810

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyənin “Yeni Şafak” qəzeti Türkiyə Silahlı Qüvvələrinin Təl-Rəəfət, Eyn əl-Ərəb, Eyn İsa və Mənbic bölgələrində kürd silahlılarına qarşı əməliyyat keçirməli olduğunu iddia edib.

1- Hələb:
– Mayın 25-də Türkiyə ordusuna məxsus PUA-ların Afrin şəhəri və Şahba bölgəsi üzərində uçuşu müşahidə edilib.
– Mayın 25-də Türkiyənin dəstəklədiyi terrorçular artilleriya atəşi ilə Şahba su bəndinin ətrafındakı ərazini hədəfə aldılar.
– Mayın 24 -də Türkiyənin 5 hərbi PUA-sı Hələbin qərb hissəsi üzərində uçuşlar həyata keçirib.
– Mayın 25-də Türkiyənin dəstəklədiyi terrorçular Hələbin şimalında, Mənbic şəhərinin şimalında yerləşən əl-Muhsinli kəndini hədəfə alıblar.
– Mayın 25-də Hələbin şimalında, Təl-Rəfət şəhərinin ətrafında kürd silahlılarının mövqeləri Türkiyənin dəstəklədiyi terrorçuların artilleriya atəşinə məruz qalıb.
– Mayın 25-də Afrinin ətrafındakı Şərava bölgəsi Türkiyənin dəstəklədiyi terrorçuların artilleriyası hədəfinə çevrildi.
– Mayın 25-də Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi kolon Bab əl-Salam sərhəd keçid məntəqəsindən Suriyaya daxil olub.
– Mayın 25-də Türkiyə ordusuna məxsus PUA Əzaz şəhəri üzərində uçarkən görünüb.

2- İdlib:
Mayın 25-də Təhrir əl-Şam terrorçuları Ətmə-Deyr Bəlut oxunda Əhrar əl-Şam terrorçuları ilə toqquşub. Qarşıdurmanın ətraflı təfərrüatları açıqlanmayıb.

3- Dəraa:
– Mayın 24-də Səhm əl-Qolan şəhər şurasının sədri naməlum şəxslər tərəfindən hücuma məruz qalıb və ağır yaralanıb. O, hadisədən sonra Dəraa xəstəxanasına aparılıb.
– Mayın 25-də Suriya ordusunun iki üzvü Dəraa şəhərinin şərq ətrafında naməlum silahlı şəxslər tərəfindən şəhid edilib.

4- Deyr əz-zor:
Mayın 24-də İŞİD ünsürləri sərhəddə yerləşən Bu-Kəmal şəhərinin kənarında Suriya ordusunun bazasına hücum edib. Hücum zamanı Suriya ordusunun iki əsgəri şəhid olub, bir əsgər isə yaralanıb.

5- Raqqa:
– Mayın 24-də Türkiyə ordusuna məxsus PUA Eyn İsa şəhəri üzərində uçarkən görünüb.
– Mayın 25-də Türkiyənin dəstəklədiyi terrorçular M4 magistralını və Eyn İsa şəhərinin ətrafını artilleriya ilə hədəfə albılar.
– Mayın 25-də Raqqanın cənubunda minanın partlaması nəticəsində bir Suriya əsgəri şəhid olub, digəri isə yaralanıb.

6- Həsəkə:
– Mayın 25-də Hasəkə şəhərində YPG (Xalq Müdafiə Birlikləri) agentləri tərəfindən iki İŞİD üzvü həbs edilib.
– Mayın 24 və 25-də Türkiyənin dəstəklədiyi terrorçular Təl Tamar şəhəri ətrafını artilleriya ilə hədəfə alıblar.
– Mayın 25-də Türkiyənin dəstəklədiyi terrorçular Rəs əl-Eyn şəhərində bəzi mağazaların qarət edilməsi ilə bağlı mübahisə zəminində toqquşublar. Qarşıdurma zamanı bir neçə terrorçu öldürülüb və yaralanıb.
– Mayın 25-də Türkiyə ordusunun bir neçə tankı və bir neçə zirehli texnikası Rəs əl-Eyn şəhərinə daxil olub. Türkiyə hərbçilərinin silahlı qarşıdurmaya son qoymaq məqsədi ilə şəhərə daxil olduğu bildirilir.
– Mayın 25-də iki qırıcı təyyarə ABŞ-ın dəstəklədiyi kəşfiyyat təyyarəsi ilə birlikdə Rəs əl-Eynin kənarındakı Əziziyyə kəndində Türkiyənin dəstəklədiyi terrorçuların mövqelərini hədəfə alıb.

7- Homs:
Mayın 25-də Suriya ordusunun cəbhə komandiri, polkovnik Məhəmməd Səid əl-Səəd Qəryəteyn səhrasında İŞİD ünsürləri tərəfindən şəhid edilib.

8- Mayın 24-də ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Türkiyəni Suriyanın şimalında hər hansı yeni hərbi əməliyyatlar keçirməməsi barədə xəbərdarlıq edərək, bu cür hərəkətlərin regiondakı ABŞ hərbçilərinin həyatını təhlükə altına sala biləcəyini vurğulayıb.

9- Mayın 24-də Türkiyə Müdafiə Nazirliyi Suriyanın şimal-şərqində yeddi kürd silahlısının öldürüldüyünü açıqladı.

10- Türkiyənin “Yeni Şafak” qəzeti iddia edib ki, Türkiyə Silahlı Qüvvələri Təl-Rəəfət, Eyn əl-Ərəb, Eyn İsa və Mənbic bölgələrində kürd silahlılarına qarşı əməliyyat keçirməli olduğunu iddia edib.

Keyfiyyətli Xəritə

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.