Şimali İraqda türk hərbçisi həlak olub

Cümə axşamı, 26 May 2022 - 19:28
https://az.iswnews.com/?p=7807

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı daha bir türk hərbçisinin öldürüldüyünü açıqlayıb.

Bu gün mayın 26-da “Mehmet Meral” adlı türk əsgərinin həlak olduğu açıqlanıb. Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, o, PKK silahlılarının İraqın şimalında Türkiyə hərbi bazasına hücumu nəticəsində həlak olub. Bu türk əsgərinin ölümü ilə türk ordusunun “Qıfıl Pəncəsi” əməliyyatında itkilərinin sayı 18 nəfərə yüksəlib.

Şimali İraqda türk hərbçilərinin öldürülməsindən sonra Türkiyə Müdafiə Nazirliyi Türkiyə ordusunun İraqın şimalındakı hədəflərə endirdiyi hava zərbələri nəticəsində 14 PKK silahlısının öldürüldüyünü iddia edib. PKK mediası bu xəbərə hələlik reaksiya verməyib.

Xatırladaq ki, dünən Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında 5 türk əsgərinin həlak olduğunu açıqlamışdı.

Daha çox oxuyun:
Şimali İraqda 5 türk əsgəri həlak olub

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.