Şəbvə və Mərib cəbhələrindən ən son xəbərlər, 11 yanvar 2022

Cümə axşamı 13 Yanvar 2022 - 10:53
https://az.iswnews.com/?p=78

İslam Dünyası Xəbərləri agentliyinə əsasən; Ənsarullah və Səudiyyə koalisiya qüvvələri arasında toqquşmalar Şəbvə əyalətinin qərb cəbhələrində və Mərib vilayətinin cənub cəbhələrində davam edir.

İslam Dünyası Xəbərləri agentliyinin cəbhə mənbəsinin bildirdiyinə görə, Səudiyyə koalisiyası mediasının Əl-Bəyda əyalətinin şimalında Numan, eləcə də Mərib vilayətinin cənubunda Hərib qəsəbələrinin koalisiyanın nəzarətində olması ilə bağlı iddialar düz deyil. Hazırda Hərib qəsəbəsinin şimalında yerləşən Əl-Huş və Həbşanə kəndlərində və Beyhan şəhərinin cənubunda yerləşən Əl-Haman yüksəkliklərində qarşıdurmalar davam edir.

Bu bölgələrdə hava hücumlarının həcmi yüksəkdir və Səudiyyə koalisiyasının qırıcıları son 48 saat ərzində Şəbvə və Mərib əyalətlərinin cəbhələrini 98 dəfə bombalayıb.

Mərib əyalətinin cənub cəbhəsində heç bir dəyişiklik olmayıb və Mərib əyalətinin cənubundakı cəbhələrin zəifləməsi ilə bu əyalətin özündə də mütləq dəyişikliklər olacaqdır.

Səudiyyə koalisiyasının bu bölgələrdə əməliyyatlarının davam etməsi ilə əlaqədar olaraq, Ənsarullahın Şəbvə əyalətindəki Eyn və Mərib vilayətinin cənubundakı Hərib qəsəbəsindən geri çəkiləcəyi ehtimalı var. Səudiyyə koalisiyasının hücumları azalarsa, Ənsarullahın da təqiblərə başlayacağı və ya yenidən əməliyyatlara başlayacağı gözlənilir.

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir