Əhməd Məsud ABŞ-a xəbərdarlıq etdi!

Cümə axşamı 26 May 2022 - 17:10
https://az.iswnews.com/?p=7777

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Əhməd Məsud qüvvələrinin sözçüsü Əli Meysəm Nəzəri Əfqanıstanda terrorun artması ilə bağlı bəyanatında ABŞ hökumətinə xəbərdarlıq edib.

Əhməd Məsud qüvvələrinin (Əfqanıstan Milli Müqavimət Cəbhəsi) xarici əlaqələr rəhbəri Əli Meysəm Nəzəri Fox News vasitəsilə verdiyi açıqlamada Əfqanıstanda artan terror təhlükəsi ilə bağlı ABŞ hökumətinə xəbərdarlıq edib. O deyib: “Bizim Bayden administrasiyasına mesajımız ondan ibarətdir ki, onlar Klinton administrasiyasının buraxdığı səhvi təkrarlamasınlar. 1990-cı illərdə terror təhlükəsinə məhəl qoyulmadı, nəticədə 11 sentyabr hadisəsi baş verdi. Ağ Ev tez bir şəkildə hərəkətə keçməli və Milli Müqavimət Cəbhəsi kimi demokratik və antiterror qüvvələrinə icazə verməklə Əfqanıstanın azad edilməsinə və terrorla mübarizəyə fəal yanaşmalıdır”.

Əfqanıstanın müxtəlif əyalətlərində, xüsusən də şimal bölgələrində anti-Taliban qrupları fəaldırlar və son həftələr Pəncşir, Bəğlan, Təxar və Kapisa əyalətlərində fəaliyyətlərini artırıblar. Əfqanıstanda Taliban əleyhinə ən görkəmli qrup Talibanla toqquşmaların əksəriyyətinə cavabdeh olan və onlara ağır itkilər verən Əhməd Şah Məsudun oğlu Əhməd Məsudun rəhbərlik etdiyi Milli Müqavimət Cəbhəsidir. Buna baxmayaraq, Əhməd Məsud qüvvələrinə və digər əfqan qruplarına heç bir xarici ölkədən rəsmi dəstək yoxdur və Taliban hərdən Tacikistan və İranı öz müxalif qruplarının tərəfdarları adlandırır.

Daha çox oxuyun:
İnfoqrafik: Əfqanıstanda Talibana müxalif qruplar
Talibanın Bədri bölməsinin üç komandiri öldürülüb
Əfqanıstanda və Pakistanda baş verən son hadisələr, 21 May 2022

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir