Əl-Qəssam taborlarının Qəzzada keçirdiyi hərbi təlimlər + VİDEO

Cümə axşamı 26 May 2022 - 07:32
https://az.iswnews.com/?p=7755

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Fələstin HƏMAS hərəkatının hərbi qolu Qəzza zolağındakı hərbi bazada xüsusi təyinatlıların təlim keçdiyi videonu yayıb.

İsrail ordusunun “Od Arabaları” adlı ən böyük təlimi ilə eyni vaxtda HƏMAS-ın hərbi qanadı olan Əl-Qəssam taborları Qəzzadakı hərbi bazada xüsusi təyinatlıların təlim keçdiyi videonu paylaşıb. Daha ətraflı məlumat verilməyib.

Qeyd edək ki, Əl-Qəssam taborlarının xüsusi təyinatlı qüvvələri 2014-cü ildə İsraillə müharibədə sionist rejimin Qəzzə sərhəddindəki hərbi kazarmalarına hücum etmək və Qəzzəyə soxulmuş rejim qüvvələrini dəf etmək vəzifəsi daşıyırdı.

Bu təlimlər sionist rejimlə gərginlik şəraitində və işğal olunmuş Qüdsdə işğalçı sionistlərin bayraq yürüşü ərəfəsində baş tutub. Bu hərbi təlimlərin keçirilməsi və Fələstin müqaviməti tərəfindən bunun videosunun yayılması İsrail hakimiyyətinə açıq mesajdır ki, qərar qəbul etmədən və aqressiv tədbirlər görməzdən əvvəl bunun nəticələrini düşünsünlər.

Daha çox oxuyun:

Sionist rejim ən böyük hərbi təliminə başlayıb

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir