İraqda baş verən son hadisələr, 25 May 2022

Çərşənbə, 25 May 2022 - 23:36
https://az.iswnews.com/?p=7747

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Həşd-Şəəbi Təşkilatının 41-ci Briqadası Mosulun cənubunda şübhəli əraziləri təmizləmək və İŞİD ünsürlərini təqib etmək üçün təhlükəsizlik əməliyyatına başlayıb.

1- Bağdad:
İyunun 24-də Bağdad Beynəlxalq Hava Limanı yaxınlığındakı Viktoriya bazasındakı ABŞ mövqeləri İraq müqavimət qüvvələrinə məxsus dronla hədəfə alınıb. Bununla bağlı İraq Təhlükəsizlik İnformasiya Mərkəzi elan edib: Bağdadın qərbində Şəhid Məhəmməd Alaa hava bazasına yaxınlaşmağa çalışan dron hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

2- Səlahəddin:
– Mayın 24-də İraq təhlükəsizlik qüvvələri Tuz Xurmato məntəqəsinin kənarında İŞİD qruplaşmasına aid sursat anbarı aşkarlayıb.
– Mayın 22-də İraq ordusu qüvvələrinin Səlahəddinin qərbində təşkil etdiyi hücumda 5 İŞİD üzvü öldürülüb.

3-Neynəva:
– Mayın 24-də Həşd-Şəəbi Təşkilatının 41-ci Briqadası Mosulun cənubunda şübhəli əraziləri təmizləmək və İŞİD ünsürlərini təqib etmək üçün təhlükəsizlik əməliyyatına başlayıb.
– Mayın 23-də İraq təhlükəsizlik qüvvələri tərəfindən Neynəva əyalətində altı İŞİD üzvü həbs edilib.

4- Diyalə:
– Mayın 25-də Diyalə polisi İŞİD terror qruplaşmasının üzvlərinin əl-Xalis şəhərinin Şervin məntəqəsindəki Ərəb Nəcm kəndində təhlükəsizlik mərkəzinə və onun qüvvələrinə hücum etdiyini bildirib. Hücum nəticəsində iki İraq təhlükəsizlik qüvvəsi həlak olub, bir neçə nəfər isə yaralanıb.
– Mayın 24-də Diyalə əyalətinin Həmrin bölgəsində İŞİD ünsürlərinin pusquya düşməsi nəticəsində Həşd-Şəəbi Təşkilatının 4-cü Briqadasının qüvvələrindən biri şəhid olub.
– Mayın 23-də İŞİD ünsürlərinin Diyalə əyalətinin Cələvla məntəqəsinin kənarındakı əl-İslah kəndinə hücumu nəticəsində üçü dinc sakin şəhid və ikisi İraq əsgəri olmaqla dörd nəfər yaralanıb.
– Mayın 23-də İraq təhlükəsizlik qüvvələri Diyalə vilayətində dörd İŞİD üzvünü həbs edib.

5- Əl-Ənbar:
Mayın 23-də 5 İŞİD üzvü İraq qüvvələri tərəfindən saxlanılıb.

6- Kərkük:
– Mayın 23-də Kərkük əyalətinin Tazə bölgəsindəki Sami əl-Assi kəndində əlverişsiz hava və toz şəraitindən istifadə edən İŞİD ünsürləri buğda biçini zamanı 6 fermeri öldürüblər.
– Mayın 23-də altı İŞİD üzvü İraq təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

7- Mayın 24-də İraqın enerji naziri vəzifəsini icra edən və İranın Bağdaddakı səfiri qaz yataqlarının yenidən qurulması və bərpası, İrandan idxal olunan qazla bağlı hüquqlar və iki ölkə arasında texniki razılaşmaların genişləndirilməsi kimi mühüm məsələləri müzakirə ediblər.

8- Mayın 24-də Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında “Qıfıl Pəncəsi” əməliyyatı zamanı daha 5 türk əsgərinin həlak olduğunu açıqladı.

9- Mayın 25-də İraqın müdafiə naziri və Suriyanın Bağdaddakı səfiri təhlükəsizlik və sərhəd nəzarəti sahəsində ikitərəfli əlaqələri müzakirə ediblər.

10- Mayın 23-də İraqın Baş naziri Mustafa Əl-Kazimi Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Natali Luizonun başçılıq etdiyi Avropa Parlamentinin nümayəndə heyəti ilə görüşüb.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.