Türkiyə Qərbi Asiyada yeni regional müharibə yaratmaq astanasında

Mücahid Mühaciri
Yazar:Mücahid Mühaciri
Çərşənbə, 25 May 2022 - 17:17
https://az.iswnews.com/?p=7737

Yaxın keçmişdə biz gələcək müharibələrin neft və qaz kimi sərvətlər üzərində yox, həyati əhəmiyyət daşıyan su uğrunda mübarizə üzərində başlayacağı barəsində çoxlu fikirlər eşidirdik.

Əgər dünən hamı üçün əsas sual Afrikadakı quraqlıq problemini necə həll etmək idisə, bu gün bu problem artıq qapımızı döyür. Sadəcə, bizlər bu mövzuda Afrika problemi ilə Qərbi Asiya problemini ayırd etməyi bacarmalıyıq. Əgər Afrika problemi tarixi-iqlimdirsə və Allahın bir imtahandırsa, Qərbi Asiya problemi, tam əksinə, bu problemdən bəzi siyasi məqsədlərə çatmaq üçün istifadə edən eqoist xislətli insanların hərisliyinin nəticəsidir.
Bu gün ictimai elitada ekoloqlar və hətta dindarlar arasında ən çox müzakirə olunan qızğın mövzulardan biri də Türkiyə rejiminin hərəkətidir.
Bu məqaləni oxuyanların zehnində belə bir sual yarana bilər ki, niyə bu mövzu dini mühidi belə narahat edir ? Bu mövzunun dinə bir aidiyyatı varmı ?
Ona görə öncədən qeyd edək ki, həm İslamda, Yəhudilikdə və Xristianlıqda Fərat çayının qurumasının axırəz-zaman hadisələrindən olması inancı mövcuddur və elə əziz İslam Peyğəmbərimizdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) də çoxlu səhih hədislər vardır ki, qiyamətin yaxınlaşmasının əsas əlamətlərindən biri Fəratın suyunun kəskin azalmasıdır. Həm də ki, bu mövzu elə bir mövzudur ki, dini bağlılığından asılı olmayaraq hər kəsi narahat etməlidir.

Qlobal iqlim dəyişikliyi ilə bağlı çoxsaylı təhlükələr fonunda həm də Suriyada, İraqda və hazırda Azərbaycanda su təchizatında misli görülməmiş qeyri-sabitlik təhlükəsi var. Belə ki, ölkənin şirin suyunun böyük hissəsi transsərhəd çaylardan gəlir (yəni Türkiyədən gəlir). Türkiyə hökuməti isə xaricə axmadan öncə özündə mümkün qədər daha çox su saxlamağı qarşısına məqsəd qoyub.

Türkiyədə bəndlərin tikintisinə gəlincə isə, adətən ən çox diqqət Dəclə və Fərat çaylarına yönəlir. Belə ki, son 50 ildə Türkiyə Dövlət Su Şirkəti (DSİ) milyard dollarlıq Cənub-Şərqi Anadolu Layihəsi (GAP) çərçivəsində Dəclə və Fərat çayların üzərində 22 bənd və 19 su elektrik stansiyası inşa edib. GAP-ın çayların aşağı axınına təsiri nəticəsində Suriya və İraqın böyük əraziləri şiddətli quraqlığa məruz qalıb. Həmçinin Türkiyə İraq və Suriya ilə münasibətlərində təsirini artırmaq və sərfəli həll yollarına nail olmaq üçün bu faktoru hər zaman özünə bir “kozur” kimi saxlayır. Azərbaycanın onsuz da Türkiyənin yarım-müstəmləkəsi olmasını da nəzərə alsaq, deyə bilərik ki, bir neçə onillikdən sonra su qıtlığı üzündən Azərbaycan Türkiyəyə daha çox şey təklif etməli olacaq ki, az da olsa biraz “qardaş payı” ünvanında suyu çaylara yönəltsin.

Türkiyənin Dövlət Su Şirkəti son iki onillikdə Kür və Araz çaylarının da qarşısını kəsib. Kürdə TDSİ Gürcüstanla sərhəddə yerləşən Ərdəhan vilayətində suvarılan torpaqların sahəsini 3 min hektara qədər artırmağı nəzərdə tutan “Kür” layihəsinin baş planını həyata keçirir. Plan Kürün yuxarı axarında beş böyük bəndin tikintisini nəzərdə tutur. “Beşikkaya” bəndi Kürün yuxarı axarında ən böyük bənddir : onun hündürlüyü 107 metr, su anbarının həcmi isə 211,6 milyon kubmetr təşkil edəcək. Türkiyə Araz çayında da bəndlərin tikintisini xeyli sürətləndirib. Türkiyənin Araz çayında tikdiyi su anbarları həcm baxımından Kür çayındakılardan daha az olsa da, say baxımından Kürdəkindən daha çoxdur. 2012-ci ildən 2014-cü ilə qədər Türkiyə Arazda altı su elektrik stansiyası tikib və indi daha səkkiz su elektrik stansiyası tikməyi planlaşdırır. Tamamlanmış layihələrə “Karakurt” və “Alp-Aslan-2” layihələri daxildir.
Daha böyük ola biləcək digər layihələr də öz növbəsini gözləyir. Onların arasında bu yaxınlarda elan edilən “Seylemez” bəndinin layihəsi xüsusilə seçilir. Hündürlüyü 113 metr olan bu bənd 1,4 milyard kubmetr su tutumu ilə Türkiyənin dördüncü ən böyük su anbarı olacaq.

Üstəlik, Ermənistan da 21 bənd tikməyi planlaşdırır, Gürcüstan da bənd tikintisi sahəsində fəallaşıb və yaxın illərdə 40 su elektrik stansiyası və anbar tikməyi planlaşdırır.

Azərbaycan bu çayların axarı boyunca bütün ölkələrdən aşağıda yerləşir. Coğrafi nöqteyi-nəzərdən Azərbaycana ən böyük ziyanı yuxarı axarlarda bəndlərin tikintisi gətirir: suyun 76,6 faizi ölkəyə xaricdən daxil olur. Bu bəndlərdən sonra isə ölkədə çox kəskin su qıtlığı yaranacağı heç şübhə doğurmur və bu gedişlə bir neçə ildən sonra özünü hiss etdirəcək problemlərin miqyasını təsəvvür etmək belə insanı dəhşətə gətirir.

Bu gün dünya bazarında neftin qiyməti çox yüksək olduğu halda ölkənin sərvətlərini Azərbaycan xalqı ilə bölüşmədən uğurla satan Azərbaycan hökuməti bir neçə ildən sonra Türkiyədən, Gürcüstandan, hətta Ermənistandan da bu cür “uğurla” çox baha qiymətə su almalı olsa, heç də təəccüblü olmaz.
Mən öz növbəmdə Azərbaycan hökumətinə məsləhət görürəm ki, “mükəmməl” balanslaşdırma siyasəti ilə “müttəfiq” ölkələrlə gələcək su münasibətləri üçün pul qənaət etməyə başlasın.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

  1. Rəsul dedi ki:

    İlham Əliyev kimi qumarbaz və yekə burnundan o tərəfi görməyən bir şəxsdən ölkəni uçuruma aparmaqdan başqa bir şey gözləmək olarmı məgər?