Şimali İraqda 5 türk əsgəri həlak olub

Çərşənbə 25 May 2022 - 15:11
https://az.iswnews.com/?p=7724

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı daha 5 türk əsgərinin həlak olduğunu açıqlayıb.

Mayın 24-də Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında 5 türk əsgərinin həlak olduğunu açıqlayıb. Daha iki türk əsgəri də yaralanaraq tibb müəssisələrinə aparılıb.
Belə ki, bu il aprelin 18-də səhər saatlarında Türkiyənin müdafiə naziri Hulusi Akarın əmri ilə Şimali İraqda PKK silahlılarına qarşı başlayan “Qıfıl Pəncəsi” əməliyyatında Türkiyə ordusunun itkilərinin sayı 17-yə yüksəlib. Türk əsgərlərinin öldürülməsindən sonra Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər ​​və Quru Qoşunlarının komandanı ordu generalı Musa Avsur və Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Həsən Küçük Akyüz İraq və Türkiyə sərhədində olublar və onlara Qıfıl Pəncəsi əməliyyatının son vəziyyəti haqqında məlumat verilib.

Xatırladaq ki, mayın 21-i axşam saatlarında Mosulun şimalında, Zelkan bölgəsində Türkiyə ordusuna məxsus Bəəşiqə hərbi bazasına iki kamikadze dron ilə hücum olunmuşdur. “Əhrar Sincar” dəstəsi bəyanat yayaraq hücuma görə məsuliyyəti öz üzərinə götürmuşdur. Hücumun tələfatı ilə bağlı heç bir təfərrüat verilməsə də, hücum nəticəsində iki türk əsgəri və bir türk ordusunun əməkdaşı həlak olduğu bildirilir.

Mayın 21-də “Tunahan Erbaşı” adlı türk əsgəri İraqın şimalında PKK silahlılarının yerləşdirdiyi partlayıcı qurğunun partlaması nəticəsində həlak olmuşdur.

Daha çox oxuyun:
Türkiyənin Şimali İraqdakı əməliyyatları davam edir; Bir türk əsgəri həlak olub
İraqın şimalında Türkiyə hərbi bazasına dron hücumu olub

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir