Yəməndə baş verən son hadisələr, 24 May 2022

Çərşənbə axşamı, 24 May 2022 - 23:36
https://az.iswnews.com/?p=7700

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ənsarullah hava hücumundan müdafiə qüvvələri Səudiyyə koalisiyasına məxsus bir PUA-nı Yəmənin şimal sərhədi üzərində vurub.

1- Mərib:
– Mayın 22-də İslahat Partiyasına bağlı bir qəbilədən olan silahlı şəxslərin Kobra Ablah bölgəsində Əl-Əmaləqə qüvvələrinin maşınına hücumu nəticəsində iki Əl-Əmaləqə üzvü həlak olub, bir neçə nəfər yaralanıb.
– Səudiyyə koalisiya qüvvələri Ənsarullahın Mərib şəhərinin cənubundakı qarşıdurmalarda 358 adlı raketindən (İran istehsalı) istifadə etdiyini iddia edən görüntülər yayıb. Son günlər Səudiyyə koalisiya qüvvələri Əl-Bələq yüksəkliklərinin şərqindəki Ənsarullah mövqelərinə hücum edib.

2- Səədə:
mayın 24-də Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri Səudiyyə koalisiyasına məxsus bir pilotsuz təyyarənin Səədə əyalətinin şimalındakı Kataf sərhəd-keçid məntəqəsi üzərində vurulduğunu və onun Səudiyyə ərazisinə düşdüyünü açıqlayıb. Bu, Yəməndə atəşkəs razılaşmasının həyata keçirilməsindən sonra Ənsarullah tərəfindən vurulan beşinci pilotsuz təyyarədir. Yəmən Silahlı Qüvvələri bu pilotsuz təyyarənin Wing Long 2 (Çin istehsalı) olduğunu bildiriblər.

3- Əl-Hudəydə:
Səudiyyə koalisiya qüvvələri son 48 saat ərzində atəşkəs rejimini 119 dəfə pozub.

4- Təiz:
İstefa vermiş hökumətin rəsmilərinin bildirdiyinə görə, BƏƏ ABŞ koalisiya qüvvələrinin Qırmızı dənizdə yerləşdirilməsinə dəstək məqsədilə hərbi texnika daşıyan yük gəmisini Əl-Məxa limanına göndərib.

5- Ənsarullahın sözçüsü və Yəmən Qurtuluş hökumətinin danışıqlar rəhbəri “Məhəmməd Əbdül-Salam”, atəşkəs razılaşmasının həyata keçirilməsindən sonra Səudiyyə koalisiyasının dördüncü pilotsuz təyyarəsinin məhv edilməsi barədə deyib:
“Yəmən paytaxtının hava məkanına casus pilotsuz təyyarələrin göndərilməsi təcavüzkarların atəşkəs razılaşmasına əməl etmədiyini göstərən işğal aktıdır. Yəmənin pilotsuz təyyarələri təcavüzkar ölkələrin səmasında uçsaydı, Birləşmiş Millətlər Təşkilatının və digər tərəflərin mövqeləri fərqli olardı. Beləliklə biz bu işğalçı hərəkətlərin məsuliyyətini həmin işğalçı ölkələrin daşıdığını bildiririk”.

6- İstefa vermiş Yəmən hökumətinin Prezident Şurasının sədri Rəşad Əl-Əlimi yaxın bir neçə gün ərzində işğal olunmuş ərazilərdə hərbi və təhlükəsizlik komitəsinin formalaşdığını elan edib. Bu qərardan sonra Cənub Keçid Şurasının rəsmiləri şuranın İslahat Partiyasının silahlıları və Səudiyyə koalisiyasının komandanlığı altında olan digər ifratçı qüvvələrlə birləşməsinə qarşı olduqlarını bəyan ediblər.

7- Ənsarullah hərəkatının siyasi bürosu verdiyi açıqlamada İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli üzvü şəhid polkovnik Həsən Səyyad Xodainin namərdcəsinə öldürülməsini qınayıb. Ənsarullah İranın hər yerdə cinayətkarlara cavab vermək və cəzalandırmaq hüququnun olduğunu vurğulayıb.

8- Misir Xarici İşlər Nazirliyi Qahirə Hava Limanından Səna Hava Limanına (atəşkəs razılaşmasının müddəalarına əsasən) kommersiya uçuşları həyata keçirməyə hazır olduğunu açıqladı.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.