Ənsarullah Səudiyyə koalisiyasının 16-cı CH-4 dronunu məhv edib + FOTO və VİDEO

Çərşənbə axşamı, 24 May 2022 - 06:56
https://az.iswnews.com/?p=7641

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ənsarullah hava hücumundan müdafiə qüvvələri Səudiyyə koalisiyasına məxsus 16-cı CH-4 dronunu Yəmənin paytaxtı Sənaa əyaləti səmasında vurub.

Birləşmiş Millətlər Təşkilatının elan etdiyi 50 günlük atəşkəs razılaşmasına baxmayaraq, Səudiyyə koalisiyası Yəmən üzərində hərbi və casus uçuşlarını davam etdirir. Atəşkəs razılaşmasının bu açıq-aşkar pozulmasına cavab olaraq Ənsarullahın hava hücumundan müdafiə qüvvələri Səudiyyə koalisiyasına məxsus pilotsuz təyyarəni razılaşmanın icrasından sonra üçüncü dəfə nəzarəti altında olan bölgələr üzərində səmada vurub. Toqquşmalar zamanı Ənsarullah hava hücumundan müdafiə qüvvələri Sənaa əyaləti üzərində dünən 23 may tarixində CH-4 (Çin istehsalı) PUA-nı vurub.

Qeyd edək ki, “Ənsarullah” Yəmən müharibəsi başlayandan bəri 16 CH-4 PUA-nı məhv edib. Bu PUA Çin istehsalıdır və Amerikanın MQ-9 PUA-sına bənzəyir, 250 kq bomba daşıya və 40 saata qədər uça bilir və 5000 km-ə qədər məsafə qət edə bilir.

Daha çox oxuyun:
İnfoqrafik: Yəmən müharibəsində Səudiyyə-ABŞ koalisiyasının hava qüvvələrinin aldığı xəsarət

Səudiyyə koalisiyasına məxsus CH-4 dronunun Səna şəhəri səmasından düşdüyü qalıqları 3 mülki vətəndaşın şəhid olması və daha 3 nəfərin yaralanmasına səbəb olub
Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.