SEPAH-ın Qüds qolunun üzvü Tehranda şəhid edilib + FOTO və VİDEO

Çərşənbə axşamı 24 May 2022 - 00:38
https://az.iswnews.com/?p=7599

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, 22 may tarixində Tehranın İslam mücahidləri prospektində terror aktı zamanı polkovnik “Səyyad Xodai” naməlum silahlılar tərəfindən beş gülə ilə güllələnərək şəhid edilib.

22 may tarixində saat yerli vaxtla saat 16 radələrində Tehranın İslam mücahidləri prospektində iki motosikletçi hərəm müdafiəçilərindən biri olan Səyyad Xodaini evə girmək istəyərkən beş güllə ilə vuraraq şəhid ediblər.

İslam İnqilabı Keşikçiləri Korpusu İctimaiyyətlə Əlaqələr Şöbəsi, İslam inqilabına qarşı olan cinayətkar terror aktını və hərəmin başı uca müdafiəçilərindən birinin şəhadətində qlobal imperyalizmə bağlı ünsürləri ilə əlaqədar bəyanatda bildirib: Bu gün (bazar günü) günortadan sonra Tehranın şərqindəki İslam mücahidləri prospektinin küçələrinin birində “Polkovnik Səyyad Xodai” inqilaba qarşı olan və qlobal imperyalizmə bağlı ünsürlərə tərəfindən terror cinayətinin hədəfi olub.

Tehran vilayətinin ədliyyə nazir Əli əl-Qasi Tehran prokurorluğuna bu cinayəti törədənlərin müəyyən edilməsi və həbsini sürətləndirməyi əmr edib. Tehran vilayətinin ədliyyə nazirinin göstərişinə əsasən, Tehranın baş prokuroru da hadisə yerində şəxsən iştirak edib və bu cinayət necəliyi barədə məlumatlandırılıb.

Bazar ertəsi İran İslam Respublikası Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Əbülfəzl Şekarçi deyib: Dünən Tehranda törədilən sui-qəsd göstərir ki, amerikalılar və onların müttəfiqlərinin insan haqları ilə bağlı iddiaları yalandır və biz sui-qəsdin qurbanıyıq. Bu sui-qəsdin təfərruatı ölkənin təhlükəsizlik qüvvələri tərəfindən araşdırılır; Araşdırmanın nəticələri daha sonra açıqlanacaq.
Həmçinin İnqilab Keşikçiləri Korpusunun sözçüsü Sərdar Ramazan Şərif elan edib: Qlobal sionizmə və imperyalizmə bağlı olan terror qruplaşmalarının quldurları etdikləri cinayətə görə cəzalandırılacaqlar.

Dünənki insidentdən sonra İsrailin dünyanın müxtəlif yerlərindəki səfirlikləri hazırlıq vəziyyətə gətirilib və İsrail ordusu işğal olunmuş Fələstin və Livan və Suriya (şimal cəbhəsi) sərhədində hazırlıq vəziyyəti elan edib.

Sui-qəsdin növü və sionist rejimin casus təşkilatının alimlərə, hərbi qüvvələrə və sui-qəsd tarixinə nəzər salsaq, görünür ki, bu hərəkət Mossad və ya onların ünsürləri tərəfindən sifariş edilib.
Hər halda biz gözləməliyik ki, İran təhlükəsizlik qüvvələri mövcud ipuçlarını izləyərək, bu terror aktını törədənləri həbs edərək və nəticələri nəzərdən keçirərək bu cinayətin günahkarlarını müəyyən etsinlər.

Şəhid Səyyad Xodainin şəhadətinin şahidlərinin açıqlamaları
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir