Talibanın Bədri bölməsinin üç komandiri öldürülüb

Bazar ertəsi 23 May 2022 - 18:24
https://az.iswnews.com/?p=7574

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Taliban əleyhinə qrupların Pəncşir və Kapisa əyalətlərində həyata keçirdiyi müxtəlif əməliyyatlar nəticəsində Talibanın Bədri bölməsinin bir neçə komandiri öldürülüb.

Pəncşir və Bəğlanda Əhməd Məsud ilə Taliban arasında baş verən toqquşmalardan sonra Talibanın Bədri bölməsinin cəbhə komandirlərindən biri “Molla Ğavir” bir sıra yoldaşları ilə birlikdə Pəryan şəhərinin Kuhsar bölgəsində öldürülüblər.
Digər tərəfdən, mayın 16-da “Molla Xeybər” kimi tanınan “Bilal Bədri” adlı başqa bir Talibanın cəbhə komandiri və onunla birgə 7 silahlı Dərre şəhərində Əhməd Məsud qüvvələrinin pusqusuna düşərək ölüblər.
Bununla bağlı Azadələr Cəbhəsi qrupu bəyanat yayaraq, Talibanın Kapisa vilayətinin ikinci hissəsindəki Darbafan bölgəsindəki Bədri bölməsinin komandirlərindən biri olan “Movləvi Fədai”nin öldürüldüyünü iddia edib.

Belə ki, son günlər Talibanın Bədri bölməsinin üç səhra komandiri (Molla Ğavir, Molla Xeybər və Molla Fədai) müxalif qruplar vasitəsi ilə öldürülüblər. Bədri bölməsi yaxşı təlim keçmiş və bacarıqlı Taliban qüvvələrindən ibarətdir və bu yaxınlarda münaqişədə əsas rol oynadıqları Pəncşir, Bəğlan, Kapisa və Pərvan əyalətlərinə yerləşdirilib.

Bədri, qırmızı, kamikadze, Fədai və Bədri Batalyonu Taliban xüsusi təyinatlılarının adlarıdır. Batalyonlarda 300-400 təlim keçmiş personal var və onlara puştunlar və ya yüksək rütbəli Taliban məmurlarına yaxın şəxslər komandirlik edirlər.

Daha çox oxuyun:
İnfoqrafik: Əfqanıstanda Talibana müxalif qruplar
Əfqanıstanda və Pakistanda baş verən son hadisələr, 21 May 2022

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir