Fələstində baş verən son hadisələr, 22 May 2022

Bazar 22 May 2022 - 23:46
https://az.iswnews.com/?p=7565

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, mayın 21-də İsrail ordusu elan edib: İsrail ordusunun hava qüvvələrinin təlimi bu ilin 22-26 may tarixləri arasında “Od Arabaları” təlimi şəklində başlayacaq.

– ABŞ prezidenti Co Baydenin işğal olunmuş Fələstinə səfəri siyasi gərginliyə və koalisiya kabinetinin üzləşdiyi böhrana baxmayaraq, vaxtında baş tutacaq.

– Həmas İslami Müqavimət Hərəkatının liderlərindən ibarət nümayəndə heyəti Qətərin paytaxtı Dohada bəzi ölkələrin səfirləri ilə görüşüb.

– İşğal altında olan Qüdsün Şeyx Cərrah məhəlləsində bir fələstinli gənc İsrailli işğalçı tərəfindən güllələnərək yaralanıb.

– İbranidilli mənbələr İsrail hərbi qurumlarının hesablamalarına görə Qəzzada qarşıdan gələn müharibənin (əgər müharibə olarsa) 35 gün davam edəcəyini göstərir.

– Birzit Universiteti Tələbə Şurası seçkilərində İslam fraksiyası böyük qələbə qazandı. Bu seçkidə İslam fraksiyası 5068, Yasir Ərəfat fraksiyası isə 3379 səs qazanıb. Belə ki, HƏMAS hərəkatına bağlı “Vəfa” İslam fraksiyası 28, Fəth hərəkatına bağlı “Əş-Şəbibə” 18, Xalq Cəbhəsinə bağlı “Əl-Qütb” fraksiyası 5 mandat qazanıb.

– Qəzzadakı Fələstin Müqavimətinin Qəzza Birgə əməliyyat qərargahı may ayının sonlarında Qüdsdə sionistlərin bayraq yürüşünə heç bir şəraitdə icazə verməyəcəyini açıqlayıb.

– Mayın 22-də sionist rejim məhkəməsi Cəlbu həbsxanasından bir neçə ay öncə qaçmış 5 məhbusa ayrıca 5 il 8 ay həbs cəzası hökmünü oxuyub və onları cərimələyib.

– Mayın 21-də İsrail ordusu elan etdi: İsrail ordusunun hava qüvvələrinin təlimi bu ilin 22-26 may tarixləri arasında “Od Arabaları” təlimi şəklində başlayacaq.

– İbrani dilində nəşr olunan “Məariu” qəzeti müvəqqəti sionist rejiminin ordusunun son 15 ildə HƏMAS-a qarşı çəkindirici gücünü tamamilə itirdiyini etiraf edib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir