Fələstində baş verən son hadisələr, 21 May 2022

Şənbə 21 May 2022 - 23:15
https://az.iswnews.com/?p=7519

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İşğalçı İsrail Rejiminin Baş Qərargah rəisi Aviv Koxavi ABŞ Mərkəzi Komandanlığının (Centcom) yeni sədri general Maykl Kurrilla ilə görüşünün sonunda İsrail ordusunun geniş cəbhələr, Cənindən tutmuş İsfahanacan və müxtəlif növlü silahlardan, bıçaqdan tutmuş nüvə təhdidlərinəcən üzləşdiyini qeyd edib.

– Fələstin Qızıl Aypara Cəmiyyəti cümə günü Nablusun cənubundakı Bita və Beyt Dejan qəsəbələrində fələstinlilərlə İsrail işğalçıları arasında baş verən qarşıdurmada 65 nəfərin yaralandığını açıqlayıb.
– Qüds İslam Vəqfi Təşkilatı elan edib: Sionist rejimin Qüds şəhərindəki məhdudiyyətlərinə baxmayaraq, 30 min nəfər Əl-Əqsa məscidinin cümə namazında iştirak edib.
– 17 yaşlı fələstinli Əmcəd Fayed bu səhər Cənin şəhərində fələstinli döyüşçülərlə İsrail işğalçıları arasında baş verən qarşıdurmada İsrail hərbçisinin açdığı 11 atəş nəticəsində şəhid olub. Toqquşmalarda daha iki fələstinli yaralanıb.
– İsrail ordusu Livan üzərindən İsrailin hava məkanına sızan Hizbullaha məxsus dronun İsrail ordusu tərəfindən vurulduğunu iddia edib.
– İşğalçı İsrail Rejiminin Baş Qərargah rəisi Aviv Koxavi ABŞ Mərkəzi Komandanlığının (Centcom) yeni sədri general Maykl Kurrilla ilə görüşünün sonunda İsrail ordusunun geniş cəbhələr, Cənindən tutmuş İsfahanacan və müxtəlif növlü silahlardan, bıçaqdan tutmuş nüvə təhdidlərinəcən üzləşdiyini qeyd edib.
– Haaretz qəzeti İsrail ordusunun Əl-Cəzirə telekanalının fələstinli jurnalisti Şirin Əbu Aqilənin şəhadətini araşdırmaq üçün heç bir qərar vermədiyini bildirib.
– Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yaxın günlərdə işğal altındakı Fələstinə səfər edəcək. Səfər zamanı Çavuşoğlu iki tərəf arasında yaranan siyasi böhrandan sonra Türkiyə və İsrail səfirlərinin Təl-Əviv və Ankaraya qayıtması məsələsini müzakirə edəcək.
– İbrani dilində nəşr olunan “İsrael Əl-Youm” qəzeti İranın sionist rejimin keçmiş müharibə naziri Moşe Yalonu qaçırmaq niyyətində olduğunu iddia edib.
– İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində 9 fələstinlini həbs ediblər.
– Sionist rejimin 12-ci kanalı elan edib ki, İsrail ordusu bütün cəbhələrdə mümkün hərbi qarşıdurmaya hazırlaşır və bu, son dövrlərdə belə bir ssenarini simulyasiya edərək, bununla bağlı lazımi tədbirlər görür.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir