Ənsarullah Səudiyyə koalisiyasının dördüncü Karayel dronunu vurub

Bazar, 22 May 2022 - 09:12
https://az.iswnews.com/?p=7504

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ənsarullah hava hücumundan müdafiə qüvvələri Həccə əyalətində Hiran şəhərində Səudiyyə Ərəbistanına məxsus Karayel dronunu vurub.

Bu dron Yəmən müharibəsi zamanı Ənsarullah tərəfindən vurulan dördüncü “Karayel” (Türkiyə istehsalı) döyüş kəşfiyyat dronudur.

Ənsarullah bundan öncə 30 dekabr 2019-cu ildə Əl-Hudəydə əyalətinin Əl-Salif bölgəsində, 6 yanvar 2021-ci ildə Əl-Cəvf əyalətinin Əl-Muhaşimə bölgəsində və 7 Mart 2021-ci ildə Əl-Cəvf əyalətinin Əl-Mərəziq bölgəsində daha üç Karayel dronunu məhv etmişdir.

Daha çox oxuyun:

İnfoqrafik: Yəmən müharibəsində Səudiyyə-ABŞ koalisiyasının hava qüvvələrinin aldığı xəsarət

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.